FHN və ADA arasında memorandum imzalandı Video
Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
Fevralın 11-də Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi və ADA Universiteti arasında Birgə Fəaliyyət haqqında Memorandum imzalanıb.
Axar.az xəbər verir ki, təhsil, elmi-metodiki və kadr hazırlığı sahəsində əməkdaşlığın inkişaf etdirilməsi məqsədi daşıyan Memorandumu fövqəladə hallar naziri Kəmaləddin Heydərov və ADA Universitetinin rektoru Hafiz Paşayev imzalayıblar.
Memoranduma əsasən, tərəflər tədris proqramları və metodiki vəsaitlərin hazırlanması, birgə elmi tədqiqat və araşdırmaların aparılması, seminar, mühazirə, treninq və elmi konfransların keçirilməsi, Nazirlik sistemində çalışan mütəxəssislərin peşə hazırlığının artırılmasına dəstək, qabaqcıl tələbələrin təcrübə keçməsi, məzunların məşğulluq perspektivləri və digər istiqamətlərdə əməkdaşlıq edəcəklər.
İmzalanma mərasimindən əvvəl keçirilən görüşdə FHN və ADA Universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub, Birgə Fəaliyyət haqqında Memorandum üzrə görüləcək işlər nəzərdən keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 11 Fevral 2026 18:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















