FIA “Mersedes” və “Red Bull” motorlarının leqal olduğunu təsdiqlədi
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Formula-1” üzrə Beynəlxalq Avtomobil Federasiyası (FIA) “Mersedes” və “Red Bull” komandalarının istifadə etdiyi güc qurğularının qaydalara tam uyğun olduğunu rəsmən təsdiqləyib.
İdman.Biz xəbər verir ki, bu qərar motor istehsalçıları ilə keçirilən xüsusi iclasda qəbul olunub.
Məlumata görə, sözügedən iki komanda yeni mövsümə məhz mübahisələrə səbəb olmuş güc qurğuları ilə başlamaq hüququ əldə edib. Halbuki digər istehsalçılar bu motorların üstünlüyü ilə bağlı ciddi narazılıq ifadə ediblər.
Məlumatda bildirilir ki, sözügedən texniki həllərin tras üzərində hər dövrədə təxminən 0,4 saniyə üstünlük verdiyi iddia olunur. Bu isə rəqib komandalar tərəfindən balansın pozulması kimi qiymətləndirilib.
FIA isə araşdırmalardan sonra güc qurğularının mövcud texniki reqlamentə zidd olmadığını açıqlayıb və hər iki komandaya mövsümə bu konfiqurasiya ilə başlamağa icazə verib.
Qeyd edək ki, məsələ ilə bağlı məlumatı “Motorsport Spain” yayıb və mövzu “Formula-1” ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
Baxış sayı:47
Bu xəbər 23 Yanvar 2026 15:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















