Icma.az
close
up
RU
“Red Bull” Horneri qovdu

“Red Bull” Horneri qovdu

Icma.az, Footbal-plus portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İyulun 9-u səhər saatlarında yayılan xəbər avtoidman dünyası həvəskarlarının böyük marağına səbəb oldu. İş ondadı ki, “Red Bull” son 20 ili bu komandanın rəhbəri kimi keçirən Kristian Horneri qovdu.

"Football-plus.az" xəbər verir ki, komandada söz sahibi olanlar ona heç izahat verməyi də lazım bilmədi. İyulun 10-da “Red Bull”un əməkdaşları ilə görüşən Horner qovulma qərarının onu şoka saldığını gizlətməyib:

“Dünən “Red Bull”dan mənə xəbər verdilər ki, bu andan etibarən komandanın iş prosesinə qoşula bilməzsən. Hələ də şirkətin əməkdaşı kimi qalıram, ancaq idarəçilik başqa adama keçir. Sözsüz, bu qərar mənim üçün şok xarakteri daşıdı. Ancaq hər şeyi yenidən düşünmək üçün 12 saat vaxtım oldu”.


Hornerin qovulmasının mümkünlüyü haqda xəbərlər bir neçə gün əvvəldən yayılmışdı. Bəzi həmkarlarımızın iddiasına inansaq, “Red Bull”un yaradıcısı Ditrik Mateşits 2022-ci ildə dünyasını dəyişəndən sonra 51 yaşlı funksioner daha böyük səlahiyyət sahibi olub ki, bu da Avstriya komandasında heç də hamının xoşuna gəlməyib. Narazılar sırasında Maks Ferstappenin də adı çəkilir. Və onun mövqeyi bu məsələdə vacib rol oynaya bilər. Bundan başqa, Hornerin adı ətrafındakı daimi qalmaqallar (ötən il xanım əməkdaşlardan biri ilə bağlı seksual qısnamada ittiham olunurdu), həmçinin “Red Bull”un son vaxtlar dünya çempionatında zəif nəticə göstərməsi də qovulmaya töhfə verib. Avstriya komandası hazırda 172 xalla Mühəndislər kubokunda 4-cü yerdə qərarlaşıb. Lider “Maklaren”in isə 460 xalı var.
“Daily Mail”in yazdığına görə, Hornerin qovulması ilə bağlı qərar yekdilliklə qəbul olunub. Son söz baş direktor Oliver Mintslaffa (o həm də “Red Bull” konserninin icraçı direktorudu) məxsus olsa da, komandanın həmsahibləri – Çelerm Yuvidya və Mark Mateşits Kristianın getməsinin əleyhinə olmayıb.
Artıq “Red Bull”un yeni rəhbəri də məlumdu. Buna qədər “Reysinq Bullz”da analoji postu tutan 48 yaşlı fransalı Loran Mekis Avstriya komandasının uğurları üçün çalışacaq.
Artıq neçə aydı “Red Bull”un əsas pilotu, dördqat dünya çempionu Maks Ferstappenin də bu komandadan ayrılacağı, konkret “Mersedes”ə gedəcəyi ilə bağlı xəbərlər yayılıb. Jurnalist Feliks Herner iyulun əvvəlində yazmışdı ki, Maksın bir ayağı Almaniya komandasındadı. Onun dediyinə görə, 2028-ci ilə qədər qüvvədə olan müqavilədə niderlandlı pilota “Red Bull” ilə əməkdaşlığa vaxtından əvvəl son qoymağa imkan verən bənd var. “Auto Motor and Sport” nəşri isə yazırdı ki, 27 yaşlı pilot yalnız Horner qovulacağı və ya səlahiyyətlərinə məhdudiyyət qoyulacağı təqdirdə komandadan ayrılmayacaq. Ancaq bu qərar “Red Bull”un strateji yenilənməsinin bir hissəsi olmalıdı, daha sadə kadr yerdəyişməsi yox.
Ferstappenin komandada qalıb-qalmayacağını demək hələ ki çətindi. Aydındı ki, onun “Mersedes”ə yollanmaq arzusu təkcə Horner amili ilə bağlı deyil. Ancaq indi Maksın “Red Bull” ilə fikir ayrılıqlarından ən azı biri aradan qalxdı.
Horner son vaxtlar “Red Bull”u tərk edən ikinci böyük simadı. 2024-cü ildə dahi mühəndis Edrian Nyui də Avstriya komandasından ayrılmışdı. O, elə həmin ilin sentyabrında “Aston Martin”ə keçdi, bu ilin yazında isə səlahiyyətlərinin icrasına başladı. Ferstappen də “Red Bull”u tərk etsə, onda komanda son onillikdə ona şöhrət qazandıran üç məşhur adamı qısa müddətdə itirəcək.
Horneri qeyd-şərtsiz “Red Bull”un əfsanəsi adlandırmaq olar. Britaniyalı komandanın təməlini qoyanlardan biridi – 2005-ci ildə kürsüyə əyləşib, ilk və fasiləsiz rəhbəri olub. Daha bir maraqlı məqam: o vaxt yenicə 30 yaşını tamamlayan Kristian “Formula-1” dünyasında ən gənc boss idi.
“Red Bull” pilotları Hornerin rəhbərliyi altında 8 dəfə çempion olub – bu qələbələrin dördü Sebastyan Fettelin, dördü isə Maks Ferstappenin payına düşür. Bundan başqa, Avstriya komandası göstərilən zaman kəsiyində 6 dəfə Mühəndislər kubokunu qazanıb.
“Red Bull”un baş direktor Oliver Mintslaff Hornerlə belə vidalaşıb:

“Son 20 ildəki möhtəşəm işlərinə görə Kristiana təşəkkür etmək istəyirik. İşə can qoyması, təcrübəsi, yenilikçi düşüncəsi “Red Bull”un “Formula-1”də ən uğurlu və cəlbedici komandalardan birinə çevrilməsində müstəsna rol oynayıb. Hər şeyə görə sağ ol, Kristian. Həmişə komandamızın tarixinin vacib parçası kimi qalacaqsan”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 18 İyul 2025 06:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see948

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see424

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see330

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see248

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see235

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see234

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see226

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see216

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see206

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see205

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see196

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see195

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see193

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see190

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see188

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see187

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see183

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see177

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri