Fidan: Beynəlxalq ictimaiyyət İsraili Qəzzada sülh bağlamağa məcbur etməlidir
Icma.az, Dogru.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq ictimaiyyət İsraili Qəzzada sülh bağlamağa məcbur etməlidir.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dohada deyib.
“İsrail sülhə məcbur edilməlidir. Beynəlxalq ictimaiyyət bunun üçün məsuliyyət daşımalıdır”, – TASS onun sözlərindən sitat gətirir.
O qeyd edib ki, Qəzzada bütün dünyanın gözü qarşısında faciə baş verir. İki aya yaxındır ki, bölgəyə humanitar yardım gəlmir, Fidan vurğulayıb.
Nazir əlavə edib ki, hazırda atəşkəsi bərpa etmək, Qəzzaya humanitar yardımın fasiləsiz çatdırılmasını təmin etmək və girovların mübadiləsini təşkil etmək vacibdir.
Daha əvvəl məlum olmuşdu ki, BMT-nin Qəzza zolağında sərhəd keçidlərinin bağlanması səbəbindən ərzaq ehtiyatı tükənib.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 27 Aprel 2025 17:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















