Fidan İsraili Suriyada terrorçulara dolayı dəstək verməkdə ittiham edib
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Suriyadakı hərbi obyektlərə zərbələri Dəməşqin imkanlarını zəiflədir və bununla da terrorçu qruplaşmaların fəaliyyətinə dolayı şəkildə şərait yaradır.
Sherg.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Dəməşqdə suriyalı həmkarı Əsəd əl-Şeybani ilə birgə mətbuat konfransında bildirib.
“İsrailin hücumları terrorizmlə mübarizə üzrə beynəlxalq səylərə zərər vurur. İsrail Suriyanın hərbi potensialına sistemli şəkildə zərər vurmaqla İŞİD və digər terrorçulara dolayı yolla kömək edir”, - deyə Fidan bildirib.
Türkiyə XİN rəhbərinin sözlərinə görə, İsrail Fələstin dövlətinin yaradılmasının qarşısını almağa, həmçinin Suriya, Livan, İordaniya, Misir və regionun digər ölkələrinin iqtisadi inkişafına mane olmağa çalışır. Fidan bunun səbəbini həmin ölkələrin güclənməsinin İsrail tərəfindən təhlükə kimi qəbul edilməsi ilə əlaqələndirib.
Suriyada müxtəlif ölkələrin hərbi qüvvələri arasında mümkün insidentlərin qarşısının alınması məsələsi avqustun 18-də İsrailin Hələb yaxınlığındakı Əbu əd-Duhur aviabazasına endirdiyi zərbədən sonra yenidən gündəmə gəlib.
İsrail tərəfi zərbənin aviabazada Türkiyə hərbçilərinin yerləşdirilməsi ehtimalı ilə bağlı olduğunu bildirib. Ankara isə bunu təkzib edərək aviabazada türk hərbçilərinin olmadığını açıqlayıb.
ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak da İsrailin addımını “lazımsız eskalasiya” adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:152
Bu xəbər 13 Sentyabr 2026 18:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















