Icma.az
close
up
RU
Menu

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“Eyni tempdə davam edirik” Rui Jorje

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

“Fidan Zeyn həm salonumu işlədib pul qazanır, həm də həbs olunmağıma çalışır”

Icma.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Beautytime” salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyeva ilə bloger Fidan Zeyn və özünü "life coch" kimi təqdim edən “Azerina” ləqəbli Əfsanə Qasımlı arasındakı qalmaqal daha da alovlanıb. Könül və Fidan arasındakı məhkəmə prosesi isə bir neçə aydır davam edir. 

Könül Həmzəyeva Axşam.az-a açıqlamasında bəzi məqamları danışıb. O bildirib ki, F.Zeyn onun biznesini ələ keçirib və əlavə olaraq ondan pul tələb edir, üstəlik həbs olunmasına çalışır: 

"İş xanımıyam, uzun illərdir sahibkarlıq fəaliyyəti ilə məşğul olmuşam. Fidan Zeyn isə beş il idi ki, mənim yanımda bloger kimi çalışırdı. Sonra gözəllik salonu açmaqla bağlı ideyam oldu. Salonun bütün xərclərini mən qarşılamışam. Fidan Zeyn isə bu işə sonradan pul qoyub. O, verdiyi ifadələrində də bunu təsdiqləyib. Səhhətimdə yaranan problemə görə xəstəxanada müalicə aldığım vaxt iki aya qədər Fidanın anası salonda işləyib. Bu biznesi öyrəndikdən sonra gəlirli olduğunu görüb və işi öz əllərinə keçirmək üçün plan qurublar. Obyektin sahibi ilə danışaraq ona icarə haqqını ödəmək şərtilə salondan bir müddətlik uzaqlaşacağını, məni bu biznesdən kənarlaşdırdıqdan sonra yenidən qayıdacağını söyləyib. Onlar məni dələduzluqda ittiham edərək biznesi ələ keçirmək planı qurublar".

K.Həmzəyeva Əfsanə Qasımlı ilə tanışlıqlarından danışaraq bunları əlavə edib:

"Əfsanə xanım da mənimlə tanışlığa özü təşəbbüs göstərib. Özünü mənə “yaşam koçu” kimi tanıdan Əfsanə Qasımlı meditasiya ilə məşğul olduğunu söyləmişdi. Bu adla baha qiymətli daşlar satıb, mənim adımı dəyişdiyim halda işlərimin yaxşı gedəcəyinə inandırıb. Hətta mən ona nisyə avtomobil belə götürmüşəm. Hansı ki, həmin avtomobilin pulunu hələ ödəməyib. Avtomobilin ödənişi ilə bağlı saxta qəbzlər göndərib. Mənə borcu olduğu halda, Nigar adlı psixoloqu da manipulyasiya edərək avtomobilin yeni yox, sürülmüş maşın olduğuna dair rəy almağa çalışıb. Məqsədi avtomobili istifadə edib qaytarmaq, mənə şər atmaq olub. 

Mütəmadi olaraq öz sosial şəbəkə hesablarında açıqlama verərək özlərini təmizə çıxarmağa, məni isə dələduzluqda ittiham edərək biznes imicimə zərbə vurub biznesi ələ keçirməyə çalışıblar.

Azerina və Fidan mənə qarşı şikayətçilərdən ibarət şər, böhtan ataraq qrup toplayırlar. Pulumu mənimsəyən, qanunla cinayət işi açılan, ev həbsində olan Röyal Masiyevlə danışaraq birgə planlar qurublar. Azerina isə yeznəsi və əmisinin adından hədə-qorxu gəlir, müxtəlif orqanlara rüşvət verir ki, heç kəs ona toxunmasın. Məndə bunu təsdiqləyən səsyazıları da mövcuddur. Hamısını istintaqa təqdim etmişəm".

İş xanımı əlavə edib ki, illərdir qurduğu salonun gəlirini hazırda Fidan götürür:

"Zəhmətimlə, qoyduğum külli miqdarda pulla təmir etdirdiyim, aldığım mebel və avadanlıqlar üzərində qurulan biznesdən haqsız şəkildə kənarlaşdırılmışam. Təəssüf ki, bu gün həmin məkan - mənim salonum başqa ad altında, mənim haqqım nəzərə alınmadan istifadə olunur. Üstəlik, mənə qarşı əsassız iddialar irəli sürülür. Həbsim tələb olunur. Mənim bir əziyyətlə qurduğum iş mənimsənilib, amma öz kimliklərindən, böyük səhifələrindən istifadə edən bu xanımlar bütün sülaləsini yığıb, mənim salonumu işlədib, hələ məndən pul da istəyirlər. Məqsədləri məni işdən uzaqlaşdırmaq, şərləmək idi. Fidan şərikli açdığımız salondan məni uzaqlaşdırdı, hər şeyi özünə götürdü. İndi də deyir ki, borcumu qaytar".

K.Həmzəyeva "Fidan Zeyn ona pul ödədiyinizi açıqlayıb. Necə oldu ki, ona borcunuz olmadığı halda pul ödədiniz?" sualına belə reaksiya verib:

"Vəkillər mənə işə baxılmamış Fidana pul ödəməli olduğumu söylədilər. O zaman mən də Fidana biznesə sonradan şərik kimi qoyduğu puldan 12 min manat və 6 min ABŞ dolları pul verdim. Onda Fidan salonu işlətmirdi. Amma indi mənim xərc çəkərək qurduğum salondan qazancı Fidan götürür. Üstəlik məndən yenə də pul tələb edir. Axı bu salondan Fidan qazanır. İndi ona verdiyim həmin pullarımı da geri tələb edirəm. Biznes dəyərləndirilməli, mənim şəxsi nüfuzuma və biznes imicimə dəymiş zərər, eləcə də biznesi ələ keçirdiklərinə görə təzminat ödəməlidirlər. Onlar məni sosial şəbəkədə şantaj edərək özümə qəsd etməyə məcbur ediblər. Onlar məni müxtəlif yollarla həbs etdirmək istəyirlər. Halbuki, məndə onların günahı olduğunu sübut edən videolar var.

Üzümü cənab Prezidentimiz İlham Əliyevə, Birinci vitse prezident Mehriban Əliyeva xanıma tutub onlardan kömək istəyirəm. Bu işə haqq-ədalətlə baxılsın".

Qeyd edək ki, bir müddət əvvəl tanınmış influenser Fidan Zeyn və Azerina da K.Həmzəyevadan şikayət edib. Onlar Xətai Rayon Polis İdarəsinə müraciət edib. Könül Həmzəyevanın Fidan Rzayevadan (Fidan Zeyn) 150 min, Əfsanə Qasımovadan (Azerina) 300 min manat mənimsədiyi ittiham edilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:219
embedMənbə:https://axsam.az
archiveBu xəbər 29 Aprel 2026 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see335

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see316

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see312

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see293

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see289

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see286

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see278

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see269

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see261

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see253

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see243

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see243

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see238

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see231

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see227

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see217

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see214

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see213

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see211

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri