“İsrail daha çox torpaq işğal etməyə çalışır” Hakan Fidan
Icma.az bildirir, Sitat.info portalına istinadən.
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin “təhlükəsizlik” bəhanəsi ilə daha çox torpaq işğal etməyə çalışdığını deyib.
Sitat.info xəbər verir ki, H.Fidan bu barədə Antalya Diplomatiya Forumunda bildirib.
“İsrail öz təhlükəsizliyini yəmin etməyi deyil, daha çox torpaq axtarır. Təhlükəsizlik Netanyahu hökuməti tərəfindən daha çox torpaq işğal etmək üçün bəhanə kimi istifadə olunur” - Fidan bildirib.
Livanla atəşkəsə baxmayaraq, İsrailin müdafiə naziri İsrael Katz İsrailin “təmizlədiyi və ələ keçirdiyi” cənubi Livandakı bütün mövqeləri saxlamağa davam edəcəyini bildirib.
Katz həmçinin İsrailin Livandakı hərbi kampaniyasının hələ bitmədiyini deyərək, Livandakı Hizbullah qruplaşmasının “bu və ya digər şəkildə” tərksilah ediləcəyini bildirib.
Nigar,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Aprel 2026 14:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















