FIDE Grand Swiss turnirinin mükafat fondunu artırıb
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
FIDE sentyabrın 3-15-də Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək və İddiaçılar turnirinə seçmə xarakteri daşıyacaq "Grand Swiss" turnirinin reqlamentində dəyişikliklər edib.
İdman.biz xəbər verir ki, yarışın mükafat fondu xeyli artırılıb və qadınların turnirində iştirakçıların sayı da daha çox olacaq.
Açıq turnirin mükafat fondu əvvəlki illərlə müqayisədə 36 % artırılaraq 460 000 dollardan 625 000 dollara yüksəlib. Qadınların yarışında isə mükafat fondu 64 % artımla 140 000 dollardan 230 000 dollara çatıb.
Qadınların mübarizəsində iştirakçılara əlavə altı yer ayrılıb və onların sayı ümumilikdə 56 olacaq. Dörd şahmatçı 2025-ci ilin iyun ayına olan standart reytinq əsasında seçiləcək, iki yer isə təşkilatçılar tərəfindən veriləcək.
"Grand Swiss" turniri ən vacib seçmə yarış olaraq qalır: həm açıq yarışda, həm də qadınlarda ilk iki yeri tutanlar 2026-cı il İddiaçılar turnirinə vəsiqə qazanacaqlar.
İdman.biz
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 26 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















