Şahmatçılarımız “Grand Swiss 2025”də mübarizə aparacaqlar
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
Sentyabrın 3-də Səmərqənddə şahmat aləmində ən nüfuzlu turnirlərindən olan “Grand Swiss 2025”ə start veriləcək.
İdman.biz bildirir ki, ölkəmizi Səmərqənddə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, həmçinin Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva və Xanım Balacayeva təmsil edəcəklər.
“Grand Swiss 2025” İsveçrə sistemi üzrə 11 turdan ibarət təşkil olunacaq. Burada dünya şahmat reytinqində yüksək yerləri tutan ən güclü qrossmeysterlər iştirak edəcəklər.
Yarışın nəticəsinə görə 2 kişi və 2 qadın olmaqla dörd ən güclü şahmatçı “Namizədlər Turniri”nə vəsiqə qazanacaqlar.
Turnirin ümumi mükafat fondu 855 000 ABŞ dollarıdır.
İdman.biz

“Grand Swiss 2025” turniri Səmərqənddə start götürür
04 Sentyabr 2025 08:46
Şahmat üzrə “Grand Swiss 2025” beynəlxalq turnirinə start veriləcək
03 Sentyabr 2025 16:44
Azərbaycanın yeddi şahmatçısı Grand Swiss də çıxış edəcək
08 İyul 2025 14:26
Azərbaycan şahmatçıları Grand Swiss də mübarizəni davam etdirirlər
12 Sentyabr 2025 23:11
Ülviyyə Fətəliyeva Grand Swiss də ilk onluğa daxil olub
15 Sentyabr 2025 20:32

