FİFA dan klubu ilə müqaviləsinin ləğv edilməsini istədi
Icma.az, Qol.az portalına istinadən məlumat yayır.
“Kristal Pelas”ın hücumçusu Jan-Filip Mateta klubla müqaviləsinin son ilinin etibarsız olduğunu iddia edir.
QOL.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
29 yaşlı futbolçu 2027-ci ilin iyununa qədər qüvvədə olan müqaviləsinin son 10 ayının ləğv edilməsini istəyir.
Mateta 2021-ci ildə “Maynts”dan “Kristal Pelas”a əvvəlcə icarə əsasında keçib. 2022-ci ilin yanvarında London klubu onun transfer hüquqlarını alıb və futbolçu ilə 4,5 illik müqavilə imzalayıb. Sözləşmədə müddətin daha bir il uzadılması ilə bağlı bənd də yer alıb. Klub 2024-cü ildə həmin bəndi aktivləşdirib.
Fransalı hücumçu isə həmin əlavə bir ilin etibarsız olduğunu düşünür. Məsələ Premyer Liqanın qaydaları çərçivəsində müstəqil tribunalda araşdırılıb. Tribunalın qərarına əsasən, Matetanın müqaviləsi qüvvədə qalıb.
Bundan sonra futbolçu FİFA-ya müraciət edib.
Mateta 2021-ci ildən “Kristal Pelas”da çıxış edir. O, klubun heyətində 67 qol vurub və komanda ilə İngiltərə Kuboku və Konfrans Liqasını qazanıb.
Qeyd edək ki, Mateta bu ilin yanvarında “Kristal Pelas”dan ayrılmağa çalışıb və “Milan”a keçməyə yaxın olub. Lakin tibbi müayinə zamanı dizində problem aşkarlanması səbəbindən transfer baş tutmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 24 Avqust 2026 09:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















