“Barselona” dünya çempionatında oynamaq istədi FIFA dan rədd cavabı aldı
Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Barselona" hazırda keçirilən klublararası dünya çempionatında iştirak etmək üçün FIFA-ya müraciət ünvanlayıb.
QOL.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
Mart ayında FIFA-nın Apellyasiya Komitəsi "Leon" klubunu turnirdən kənarlaşdırıb. Səbəb isə Meksika klubunun "Paçuka" ilə eyni şirkətə məxsus olmasıdır. Hər iki komandanın eyni zamanda Klub Dünya Çempionatında iştirakı qaydalara ziddir.
Bildirilir ki, "Barselona" "Leon"un əvəzinə turnirə qatılmaq üçün FIFA-ya müraciət edib. Lakin Kataloniya klubunun bu istəyi rədd olunub. Buna səbəb artıq "Real" və "Atletiko"nun turnirdə iştirak hüququ qazanmasıdır. Qaydalara əsasən, bir ölkədən maksimum iki komanda yarışa qatıla bilər.
Nəticədə, "Leon"un yerini 15 iyunda start götürən turnirdə ABŞ-ın "Los-Anceles" klubu tutub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 15 İyun 2025 17:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















