FİFA DÇ 2026 iştirakçıları üçün mükafat fondunu 15 faiz artırıb
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 29 aprel, AZƏRTAC
Beynəlxalq Futbol Federasiyası (FİFA) 2026-cı il dünya çempionatının iştirakçıları üçün ayrılan mükafatın məbləğini 15 faiz artırıb.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Sky Sports” telekanalı məlumat yayıb.
Bundan sonra hər bir milli komanda ilkin nəzərdə tutulan 10,5 milyon dollar əvəzinə ən azı 12,5 milyon dollar alacaq. Turnirin ümumi mükafat fondu isə 870 milyon dollar təşkil edəcək.
Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirdə rekord sayda – 48 komanda iştirak edəcək.
Bu mövzuda digər xəbərlər:FIFA DÇ 2026 üçün mükafat fondunu artırdı
07 Yanvar 2026 05:31
FİFA DÇ 2026 nın mükafat fondunu artıracaq
27 Aprel 2026 13:55
DÇ 2026: İngiltərə Futbol Assosiasiyası mükafat fondunu iki dəfə artırıb
11 İyul 2026 07:00
FİFA 2026 cı il Dünya Çempionatı mükafat fondunu təzyiq altında artırıb
27 Aprel 2026 12:45
Baxış sayı:122
Bu xəbər 29 Aprel 2026 22:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















