Icma.az
close
up
RU
FIFA DÇ 2026 üçün mükafat fondunu artırdı

FIFA DÇ 2026 üçün mükafat fondunu artırdı

Icma.az, Olke.az portalına istinadən məlumat verir.

FIFA bu il keçiriləcək dünya çempionatının mükafat fondunun artırılması ilə bağlı qərar qəbul edib.

"Ölkə.az" xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi oyunlar üçün məhdud sayda münasib qiymətli biletlərin elanından sonra FIFA DÇ-2026-nın mükafat məbləğini təsdiqləyib.

Qətərdə keçirilən iclasda FIFA Şurasının qəbul etdiyi qərara əsasən, ümumilikdə 727 milyon ABŞ dolları dünya üzrə futbol federasiyaları arasında bölüşdürüləcək. Bu məbləğin 655 milyon dolları final mərhələsində iştirak edəcək 48 milli komandaya veriləcək.

Bu qərar 2022-ci il dünya çempionatı ilə müqayisədə mükafat fondunun 50 faiz artırılması deməkdir. Hər bir iştirakçı federasiya minimum 10,5 milyon dollar alacaq. Bu məbləğin 9 milyon dolları turniri 33–48-ci yerlərdə başa vuran komandalar üçün nəzərdə tutulub. Bundan əlavə, hər komandaya iştirak xərcləri üçün 1,5 milyon dollar ayrılacaq. 17–32-ci yerləri tutan komandalar 11 milyon dollar mükafat alacaqlar. 1/8 finalda uduzan yığmalar 15 milyon dollar, 1/4 finalda mübarizəni dayandıranlar isə 19 milyon dollar qazanacaqlar. Dördüncü yerin sahibi 27 milyon dollar, üçüncü yeri tutan komanda 29 milyon dollar əldə edəcək. Finalda uduzan komanda 33 milyon dollar mükafat alacaq. Dünya çempionu isə 50 milyon ABŞ dolları qazanacaq.

FIFA prezidenti Canni İnfantino mükafat fondunun artırılmasını mühüm və tarixi addım adlandırıb.

Böyük məbləğlərə baxmayaraq, Lionel Messi, Kilian Mbappe, Harri Keyn və Kriştianu Ronaldu kimi futbolçular üçün əsas məqsəd çempionluq titulunu qazanmaqdır.

Mundial iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada yerləşən 16 stadionda keçiriləcək. CONCACAF zonasındakı son dünya çempionatı 1994-cü ildə baş tutub. Həmin turnirdə Braziliya millisi finalda İtaliya üzərində qələbə qazanıb və 4,5 milyon dollar mükafat əldə edib.(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:311
embedMənbə:https://olke.az
archiveBu xəbər 07 Yanvar 2026 05:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri