FİFA DÇ 2026 nın finalı ilə bağlı yeni qərar qəbul etdi
Icma.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
FİFA prezidenti Canni İnfantino 2026-cı il Dünya Kuboku finalının təşkilatçılığında dəyişiklik edildiyini rəsmən açıqlayıb.
Fanat.Az xəbər verir ki, qurum funksionerinin fikirlərini ESPN-in əməkdaşı Luis Karlos Larqo yayıb.
Mənbənin məlumatına görə, tarixdə ilk dəfə olaraq turnirin həlledici matçı möhtəşəm Super Kubok üslubunda fasilə şousu ilə müşayiət olunacaq. FIFA prezidenti bildirib ki, bu addım futbolu qloballaşdırmaq və yeni tamaşaçıları cəlb etmək, idman tamaşasını tam hüquqlu qlobal mədəni fenomenə çevirmək məqsədi daşıyır.
"Coldplay" qrupunun solisti Kris Martin Nyu-Cersi ştatındakı "MetLife" stadionunda keçiriləcək bu tarixi çıxışa başçılıq edəcək. Şou, genişmiqyaslı xeyriyyə konsertləri, dünya liderləri və aparıcı sənətçilərlə sıx əməkdaşlığı ilə tanınan "Global Citizen" tərəfindən təşkil olunacaq.
Dünya çempionatının qlobal auditoriyaya çatması nəzərə alınmaqla, final zamanı 15 dəqiqəlik fasilənin tarixdə ən çox izlənilən musiqi tədbiri olacağı gözlənilir.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində üç ölkədə - ABŞ, Meksika və Kanadada keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:151
Bu xəbər 17 Aprel 2026 09:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















