FIFA geri addım atdı: Dünya Kubokundakı paylarının satışından imtina etdi
Icma.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FIFA) təşkilatın prezidenti Canni İnfantinonun Dünya Kuboku hüquqlarının bir hissəsini investorlara satmaq layihəsindən imtina edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “New York Post” qəzeti məlumat yayıb.
Məlumata görə, bu qərar futbol rəsmilərinin layihəyə qarşı açıq müqavimət göstərməsi və FİFA nümayəndələri arasında fikir ayrılığının yaranması ilə bağlı verilib. FIFA tərəfindən maliyyələşdirilən turnirlərin kütləvi şəkildə boykot edilməsi də əsas təhlükələrdən biri kimi qeyd edilib.
FIFA nümayəndələri hazırda layihənin dərhal dayandırılması ilə bağlı məsləhətləşmələr aparırlar.
Qeyd edək ki, bundan əvvəl İnfantinonun bu təklifi Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası (CONCACAF), Asiya Futbol Konfederasiyası (AFC) və Cənubi Amerika Futbol Konfederasiyası (CONMEBOL) tərəfindən rədd edilmişdi. UEFA həmçinin FIFA tərəfindən maliyyələşdirilən turnirləri boykot etdiyini elan etmişdi.
Xatırladaq ki, FİFA-nın planı təşkilatın flaqman kişi və qadın yarışlarına nəzarət edəcək 20 milyard dollarlıq törəmə şirkətin yaradılmasını nəzərdə tutur. İnfantino hesab edir ki, “FIFA Forward Enterprise” şirkətinin yaradılması FİFA-ya üzv assosiasiyaların gəlirlərini artıracaq və dünya miqyasında futbolun inkişafına töhfə verəcək. İnfantino bu sxemin 4,2 milyard dollar cəlb edə biləcəyini bildirir. Həmçinin, bu plan milli federasiyalara ödənişlərin qarşıdakı dörd illik dövrdə 8 milyon dollardan 20 milyon dollara, sonrakı iki dövrdə isə müvafiq olaraq 22 və 24 milyon dollara qədər artırılmasını nəzərdə tutur.
Bu mövzuda digər xəbərlər:Azərbaycan şahmatçılarının Dünya kubokundakı rəqibləri müəyyənləşib
24 İyun 2025 12:12
Millimizin məşqçisi: Komandanın Dünya Kubokundakı çıxışı qənaətbəxşdir
08 İyul 2025 14:09
Kloppdan Dünya Kubokundakı qalmaqallı qərara sərt reaksiya
06 İyul 2026 20:51
Federasiya rəsmisi Azərbaycan idmançılarının Dünya Kubokundakı çıxışını dəyərləndirib
14 Yanvar 2025 13:57
Azərbaycanın 3x3 basketbol millisinin Dünya Kubokundakı rəqibləri məlum olub FOTO
15 Aprel 2026 19:33
Baxış sayı:210
Bu xəbər 01 Avqust 2026 12:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















