Icma.az
close
up
RU
Millimizin məşqçisi: Komandanın Dünya Kubokundakı çıxışı qənaətbəxşdir

Millimizin məşqçisi: Komandanın Dünya Kubokundakı çıxışı qənaətbəxşdir

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycan boks millisinin Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda çıxışı qənaətbəxş olub.

İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında yığmanın böyük məşqçisi Nəriman Abdullayev deyib.

O, komandanın liderlərinin yarışa yollana bilməməsinə baxmayaraq, digər boksçuların yaxşı çıxış etdiklərini vurğulayıb: “Alfonso Dominqes də daxil olmaqla, komandanın bir neçə lideri zədə səbəbindən yarışa gedə bilmədilər. Buna baxmayaraq, boksçularımızdan Sübhan Mamedov (50 kq) öz çəkisində çox yaxşı nəticə göstərdi. Baxmayaraq ki, ilk dəfə idi bu yarışda böyüklər arasında çıxış edirdi. Hətta döyüş bizim xeyrimizə də bitə bilərdi. Amma əksinə oldu, rəqib də çox tanınmış və güclü boksçu idi. Yuxarı çəkilərə gəlincə, boksçularımız iki döyüşdə qələbə qazandılar. Qazaxıstan boksçularını məğlub etmək çətin idi. Bəzi çatışmazlıqlar olmuşdu. Amma komandanın Dünya Kubokundakı çıxışı, əlbəttə, qənaətbəxşdir”.

Abdullayev qarşıdan gələn dünya çempionatına tam heyətlə yollanacaqlarına ümid edir: “Dünya çempionatına hazırlaşcağıq. Ümid edirəm ki, yarışa tam heyətlə yollana biləcəyik”.

Qeyd edək ki, Azərbaycan boksçuları Sübhan Mamedov (50 kq), Məhəmmədəli Qasımzadə (60 kq) və Məhəmməd Abdullayev (+90 kq) Qazaxıstanda keçirilən Dünya Kubokunda bürünc medal qazanıblar.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:207
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 08 İyul 2025 14:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see336

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see287

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see282

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see270

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see253

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see249

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see232

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see232

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see217

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see217

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see212

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (28.11.2026)

28 Noyabr 2026 09:34see209

Vatikan kitabxanaları ilə əməkdaşlıq

28 Noyabr 2026 14:45see208

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see207

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see207

Tamar İoseliani: Bakı Orta Dəhlizin inkişafında mühüm regional tərəfdaşdır

27 Noyabr 2026 22:46see207

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see206

Yeni Klinikada KT cihazı niyə işləmir? Rəsmi açıqlama

28 Noyabr 2026 20:12see200

İran “MDB+” formatına qoşulmaqla nə qazanacaq?

28 Noyabr 2026 16:44see190

Yerli biznes üçün əlavə gəlir mənbəyi: Yeni qayda nəyi dəyişəcək?

28 Noyabr 2026 12:32see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri