FİFA İranın tələbini qəbul etdi
Icma.az, Qol.az saytına istinadən bildirir.
İran millisinin 2026-cı il dünya çempionatı öncəsi təlim-məşq toplanışının yeri dəyişdirilib.
QOL.az-ın İranın rəsmi xəbər agentliyi IRNA-ya istinadən yaydığı məlumata görə, FİFA komandanın düşərgəsinin ABŞ-dan Meksikaya köçürülməsi ilə bağlı müraciətini təsdiqləyib. Təlim-məşq toplanışı Meksikanın ABŞ sərhədinə yaxın, Sakit okean sahilində yerləşən Tixuana şəhərində keçiriləcək.
İran Futbol Federasiyasının prezidenti Mehdi Taj bildirib ki, FİFA rəsmiləri və mundial təşkilatçıları ilə İstanbulda keçirilən görüşlər, həmçinin FİFA baş katibi ilə videokonfransdan sonra bu qərar təsdiqlənib.
Komanda qrupda hər üç oyunu isə ABŞ-da keçirəcək.
Hazırda İran millisi mundial hazırlıqlarını Türkiyənin Antalya bölgəsində davam etdirir. Komanda iyunun 5-dək burada məşq edəcək, mayın 29-da Qambiya, iyunun 4-də isə Mali ilə yoxlama oyunu keçirəcək. Dünya çempionatı üçün yekun 26 nəfərlik heyət isə iyunun 1-də açıqlanacaq.
Baxış sayı:53
Bu xəbər 24 May 2026 08:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















