FIFA İranın DÇ 2026 matçları ilə bağlı tələbini rədd etdi
Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Meksika Prezidenti Klaudiya Şeynbaum İran milli komandasının 2026-cı il dünya çempionatındakı oyunlarının keçiriləcəyi məkanla bağlı FIFA-nın yekun qərarını ictimaiyyətə açıqlayıb.
Oxu.Az "Goal" nəşrinə istinadən xəbər verir ki, ali futbol qurumu təqvimə salınmış matçların əvvəlcədən müəyyənləşdirilmiş məkanlardan başqa yerə köçürülməsinin mümkün olmadığına qərar verib.
Dövlət başçısının sözlərinə görə, məkan dəyişikliyi kimi ciddi bir addım FIFA-dan yenidən irimiqyaslı logistik tədbirlərin həyata keçirilməsini tələb edəcəkdi.
Xatırladaq ki, bir müddət öncə İran tərəfi regional təhlükəsizlik amillərini və mövcud narahatlıqları əsas gətirərək, milli komandasının oyunlarının ABŞ əvəzinə Meksikada təşkil olunmasını rəsmən tələb etmişdi.
Əlavə edək ki, futbol üzrə DÇ-2026 iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi ilə baş tutacaq. Sözügedən turnirdə İran yığması Belçika, Misir və Yeni Zelandiya komandaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 11 Aprel 2026 11:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















