FIFA nın bu il keçirəcəyi klublararası dünya çempionatın mükafatı 1 milyard dollar olacaq
Icma.az, Sia Az saytına istinadən bildirir.
FIFA-nın bu il yeni formatda təşkil edəcəyi klublararası dünya çempionatının mükafat fondu 1 milyard dollar olacaq.
SİA xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Sözügedən mükafat 32 klub arasında bölüşdürüləcək. Turnirin qalibi 125 milyon dollara qədər pul qazanmaq imkanı əldə edəcək. Ümumilikdə 475 milyon dollar idman nailiyyətlərinə, 525 milyon dollar isə turnirdə iştiraka görə ödəniləcək.
Ən böyük ödənişləri Avropa klubları alacaq. Məbləğ reytinq və gəlirdən asılı olaraq 12,81 - 38,19 milyon dollar arasında dəyişəcək. Cənubi Amerika təmsilçiləri 15,21 milyon dollar, qalan iştirakçılar isə 9,55 milyon və daha aşağı məbləğ qazanacaqlar.
Qeyd edək ki, 15 iyun – 13 iyul aralığında ABŞ-də keçiriləcək dünya çempionatında ilk dəfə 32 komanda təmsil olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 26 Mart 2025 16:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















