FIFA Paredesin finaldakı qırmızı vərəqəsini protokoldan sildi
Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.
FIFA Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredesin DÇ-2026 finalından sonra aldığı qırmızı vərəqə ilə bağlı qərarı rəsmi protokoldan çıxarıb.
İdman.Biz “BBC Sport”-a istinadən xəbər verir ki, ilkin məlumatlarda baş hakim Slavko Vinçiçin Paredesi qırmızı vərəqə ilə cəzalandırdığı bildirilsə də, sonradan bu qərar protokoldan silinib.
FIFA bildirib ki, həmin anda futbolçuya qarşı heç bir intizam sanksiyası tətbiq edilməyib. Bununla belə, təşkilat finaldan sonra baş verən qarşıdurma ilə bağlı araşdırmaya başlayıb.
İnsident zamanı Paredes əvvəlcə İspaniya müdafiəçisi Erik Qarsiyaya sərt şəkildə müdaxilə edib, daha sonra onu boğazından tutub. Qavinin komanda yoldaşını müdafiə etməyə çalışmasına cavab olaraq isə argentinalı futbolçu ispaniyalı yarımmüdafiəçini yerə yıxıb.
Argentina finalda İspaniyaya əlavə vaxtda 0:1 hesabı ilə məğlub olduqdan sonra komandalar arasında meydanda kütləvi qarşıdurma yaşanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 21 İyul 2026 17:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















