FIFA prezidenti də təsdiqləyib
sport24.az saytından alınan məlumata görə, Icma.az bildirir.
FIFA prezidenti Canni İnfantino zamanla ayaqlaşmağa çalışdığını göstərmək üçün qeyri-adi addım atıb. Sport24.az xəbər verir ki, isveçrəli bir funksioner məşhur bloger "IShowSpeed"in canlı yayımına qatılıb.
Yayımın əvvəlində İnfantino "IShowSpeed"ə 2025-ci il Klublararası dünya çempionatının rəsmi topunu təqdim edib. 14 iyun - 13 iyul tarixlərində keçiriləcək turnirin açılış matçında ilk rəmzi zərbəni məhz bloger vuracaq.
İnfantino maraqlı məlumatı da bölüşüb: "Kriştiano Ronaldo komandalardan birinin heyətində gələn ay keçiriləcək klubların dünya çempionatında oynaya bilər. Danışıqlar gedir".
FIFA rəhbəri Kriştiano və Lionel Messinin eyni komandada oynamasını izləməyin də çox maraqlı ola biləcəyini vurğulayıb.
Qeyd edək ki, Ronaldonun "Əl-Nəsr"lə müqaviləsi bu yay başa çatır və mətbuatda onun Braziliya klublarından birinə və ya Mərakeşin "Vidad" klubuna mümkün transferi ilə bağlı söz-söhbətlər gəzir.
Baxış sayı:105
Bu xəbər 24 May 2025 18:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















