FİFAdan Rusiya klublarına TRANSFER QADAĞASI İdman və Biz
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
FİFA Rusiyanın MOİK və “Ximki” klublarına transfer qadağası qoyub.
İdman.biz xəbər verir ki, hər iki komanda növbəti üç “pəncərə”də - 2026-cı ilin yayına qədər heyətinə yeni futbolçu cəlb edə bilməyəcək.
Buna onların oyunçuları ilə bağlı qayda pozuntuları səbəb olub. Qərar MOİK üçün bu il noyabrın 14-də, “Ximki” üçün isə bir gün sonra qüvvəyə minib.
İdman.biz

