525ci qəzet FİFAdan Rusiya klublarına transfer qadağası
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
FİFA Rusiyanın ÇSKA və "Ximki" klublarına transfer qadağası qoyub.
QOL.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Sözügedən klublar qarşıdakı 3 transfer pəncərəsində yeni oyunçu ala və qeydiyyatdan keçirə bilməyəcəklər. Onlar yalnız 2026-cı ilin yayında yeni transfer gerçəkləşdirə bilərlər.
FİFA-nın belə qərar verməsinin səbəbi hələlik açıqlanmayıb.
Qeyd edək ki, hazırda Rusiya Premyer Liqasında ÇSKA 28 xalla 6-cı, "Ximki" isə 16 xalla 13-cüdür.

