Icma.az
close
up
RU
“Fikirlərim konteksdən çıxarılıb Deputat ATV yə etiraz etdi

“Fikirlərim konteksdən çıxarılıb Deputat ATV yə etiraz etdi

Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Razi Nurullayev qadınların pensiya yaşı ilə bağlı ATV telekanalında yayımlanan süjetə sərt reaksiya verib.

"Cebheinfo.az"ın xəbərinə görə, deputat müsahibəsinin tamamilə kontekstdən çıxarılaraq fikirlərinin təhrif olunduğunu deyib.

“Nəzərinizə çatdırmaq istəyirəm ki, ATV-nin qadınların pensiya yaşı ilə bağlı mənimlə verdikləri süjet 100 faiz kontekstdən çıxarılıb. "Heç olmasa 95% edərdiniz, lap 99% edərdiniz. 100% etmək ağını çıxarmaqdır”, -  Razi Nurullayev qeyd edib.

Deputat bildirib ki, ölkənin böyük televiziya kanallarından birinin onun fikirlərini bu şəkildə təqdim etməsi qəbuledilməzdir.

“Bu boyda kanal Milli Məclisin deputatının fikirlərini yüz faiz saxtalaşdırıb verib. Çox təəssüf edirəm. Məndən müsahibə xahiş edən və götürən əməkdaşlardan biri ilə danışdım. Üzrxahlıq etdi, mən onu qəbul etmədim. Müsahibənin orijinal variantını da istədim”, -  o vurğulayıb.

Razi Nurullayev mətbuat nümayəndələri ilə daim açıq münasibətdə olduğunu və jurnalistlərin müraciətlərini cavablandırmağa çalışdığını bildirib.

“Mən mətbuata açıq deputatam və çalışaram ki, zəng edən jurnalistlərin hamısına cavab verim. Bilirəm ki, bir çox vəzifəli şəxslər, deputatlar mətbuatdan qaçır və onlara haqq qazandırıram”, - deputat qeyd edib.

O, baş verən hadisələrin gələcəkdə ictimai şəxslərin media ilə ünsiyyətinə mənfi təsir göstərə biləcəyini də diqqətə çatdırıb:

“Mətbuata açıq bir neçə deputat, vəzifəli şəxs qalıb. Onlar da tezliklə danışmaqdan imtina edəcəklər. Onsuz da pusquda dayanıb ölkəmizə nifrət yağdırmağa növbə tutan minlərlə şəxslər var. Onların dəyirmanına su tökmək kimə lazımdır?”

Deputat hazırda məsələ ilə bağlı hansı addımı atacağına qərar vermədiyini bildirib.

“Hansı addımı atacağıma qərar verə bilməmişəm hələ. Hazırda qərar verdiyim bu sözdür: Təəssüf edirəm ATV, çox təəssüf edirəm!”, -  Razi Nurullayev əlavə edib.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 İyun 2026 00:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri