Icma.az
close
up
RU
“Fikrini çatdıra bilməyən, ağır üslubdan istifadə edən jurnalist oxucu və tamaşaçının diqqətini itirir” Nadir Məmmədli

“Fikrini çatdıra bilməyən, ağır üslubdan istifadə edən jurnalist oxucu və tamaşaçının diqqətini itirir” Nadir Məmmədli

Icma.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.

Dil normalarını qorumaq və inkişaf etdirmək hər birimizin borcudur. Cəmiyyətdə bu məsələyə dair narazılıqlar var və vəziyyətdən çıxış yolları göstərilməlidir.”

Bu fikirləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədli, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında Medianın İnkişafı Agentliyi (MEDİA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən “Mediada Azərbaycan ədəbi dilinin normalarının düzgün tətbiqi” mövzusunda konfransda dil normalarının müzakirəsi zamanı səsləndirib:

“Bədii ədəbiyyat və elmi üslub baxımından ciddi problem görünmür, lakin rəsmi üslubda müəyyən daşlaşmış formalar müşahidə olunur. Məsələn, sənədləşmə və ya notariat sistemində ifadələr standart, klişe şəkildə işlədilir. Halbuki, dilin təmizliyini qorumaq üçün sadə məsələlərdən başlamaq vacibdir.

Sözün mənasını və terminləri bilmədikdə çaşqınlıq yaranır. Bir lüğətdə cəmi 82 min sözün olması isə gülüncdür. Niyə bu günə qədər söz bunkeri və ya dil korpusu yaradılmayıb? Halbuki, daha kiçik ölkələrin belə dil korpusu mövcuddur.

Dilin saflığını qorumaq vacibdir. Mənasını bilmədiyimiz termin və sözlərdən istifadə etmək, xüsusilə də yad sözləri tələsik mənimsəmək doğru deyil. Bu istiqamətdə təklifləri alimlər verməli, media nümayəndələri isə onları düzgün başa düşüb tətbiq etməlidirlər”.

Nadir Məmmədli qeyd edib ki, media nümayəndələri sadə, anlaşılan və zövqlü danışmalıdır:

“Fikrini çatdıra bilməyən, ağır və dolaşıq üslubdan istifadə edən jurnalist oxucu və tamaşaçının diqqətini itirir. Sözlərin həssaslığına və vurğularına diqqət yetirmək vacibdir.

Ən ciddi problemlərdən biri isə punktuasiya məsələsidir. Dürüst durğu işarələrinin işlədilməməsi yazılı nitqdə aydınlığı itirir. Bəzən defis əvəzinə tire qoyulur, yaxud cümlə quruluşunda səhvlər olur.

Media nümayəndələri üçün dil qaydalarını təkmilləşdirmək məqsədilə xüsusi proqramlar hazırlanmalıdır. Yeni nəslin bu sahədə öyrənməsi və inkişafı üçün imkanlar yaradılmalıdır”.

Qeyd edək ki, noyabrın 3-də Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirində çıxışı zamanı dilin saflığının qorunmasının vacibliyinə diqqət çəkib.

“Bizim dilimiz qədimdir, 50 milyondan çox insan üçün ana dilidir, çox zəngindir və xarici kəlmələrə ehtiyac da yoxdur”, – deyə dövlət başçısı bildirib.

Şəbnəm Rəhimova

Gununsesi.info 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 07 Noyabr 2025 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see249

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see227

Ermənistan, Serbiya və Mərkəzi Asiya bankaları Rusiyaya dair nəzarəti sərtləşdirir

21 Dekabr 2025 11:08see190

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see159

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see157

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see154

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see152

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see150

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see143

Köhnə ilin son 10 günü: Bizi nə gözləyir? PROQNOZ

21 Dekabr 2025 13:16see143

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see139

İlon Mask buna görə dünyada birinci oldu rekordu yenilədi

21 Dekabr 2025 02:44see135

Banklarda zaminlərə TƏLƏ

21 Dekabr 2025 12:06see132

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see132

Türkiyədə daha üç məşhur barədə həbs qərarı çıxarıldı

21 Dekabr 2025 02:44see129

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see128

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see128

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see128

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see125

“Kəpəz” klubundan qəfil qərar

21 Dekabr 2025 15:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri