Icma.az
close
up
RU
Professor Nadir Məmmədli 66

Professor Nadir Məmmədli 66

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Nadir Məmmədli, əgər belə demək mümkünsə, Azərbaycan sovet dilçiliyinin son, müstəqil Azərbaycan dilçiliyinin ilk nümayəndələrindəndir. Və əlbəttə, bu gün sovet ideologiyasına nə qədər tənqidi yanaşsaq da etiraf etməliyik ki, bütün metodoloji problemlərinə, ideoloji paradokslarına rəğmən, sovet dilçiliyi təsviri, müqayisəli tarixi və müqayisəli-tipoloji araşdırmalar sahəsində, həqiqətən, məhsuldar məktəblər formalaşdırmışdır.

Azərbaycan (indiki Bakı) Dövlət Universitetinin filologiya fakültəsini bitirdikdən (qeyd edim ki, aspirantlıq illərimdə onlara mətn dilçiliyindən bir semestr ixtisas kursu keçmuşəm, Nadiri də o illərdən – tələbəlikdən tanıyıram) sonra Nadir Məmmədli öz yaradıcılıq  tərcümeyi-halını Elmlər Akademiyamızın artlq bir ildir ki,  uğurla rəhbərlik etduyi Nəsimi adına Dilçilik İnstitutu ilə bağladı. Hələ ilk gəncliyindən yaradıcılığın müxtəlif istiqamətlərində öz istedadını nümayiş etdirsə də, görünür, get-gedə dilçiliyin leksika  sahəsi – leksikologiya onun diqqətini daha çox çəkdi. 1989-cu ildə “Müasir Azərbaycan dilində feili sinonimlər” mövzusunda namizədlik, 2001-ci ildə isə “Müasir Azərbaycan dilində alınma terminlər (1920 – 1991-ci illər)” mövzusunda doktorluq dissertasiyaları müdafiə etdi. Və bu gün heç bir tərəddüdsüz demək olar ki, o, Azərbaycan dilçiliyində alınma, eləcə də beynəlxalq leksikon sahəsinin ən nüfuzlu mütəxəssisidir. “Alınma terminlər (1920- 1995)” (1997), “Azərbaycan dilində alınma terminlər” (2017) monoqrafiyaları, bir neçə dəfə nəşr olunmuş “Yunan və latın mənşəli beynəlmiləl termin elementlər lüğəti”, eləcə də onlarla məqalələri müəllifinə həqiqi dilçi şöhrəti gətirmişdir.

Professor Nadir Məmmədlinin dil haqqındakı elmimiz qarşısındakı ikinci böyük ximəti, yəqin ki, sözün geniş mənasında kommunikasiya mədəniyyətinə həsr olunmuş irihəcmli dərslikləridir ki, buraya ikicildlik “Azərbaycan dili və nitq mədəniyyəti” (I c., 2020; II c., 2022), “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya” (2021 və 2022) daxildir.  Azərbaycan universitetlərində xeyli vaxtdır tədris edilən bu fənlərin  müasir tələblərə cavab verəcək bir səviyyəyə yüksəlməsinə həmin əsərlər, şübhəsiz, öz təsirini göstərəcəkdir. İlk növbədə ona görə ki, sözügedən dərsliklər: a) elmi-metodoloji baxımdan beynəlxalq standartlara cavab verir; b) Azərbaycan nitq praktikasına əsaslanır; c)müasir tədris texnologiyalarını nəzərə alır... Əlbəttə, ölkədə kommunikasiya mədəniyyətinin inkişafı yalnız dil haqqındakı elmin problemi deyil, heç bir dilçi hər hansı elm sahəsində mütəxəssis olacaq şəxsə həmin sahənin dilini öyrədə bilməz. Ancaq bütövlükdə müasir akademik təfəkkürün müəyyən (və təbii ki, adekvat!) nitq modellərini təklif edər ki, bu, mahiyyət etibarilə, hər nə qədər multidissiplinar səciyyə daşısa da, məhz nitq təcrübəsi ilə gerçəkləşdiyindən öncə, dilçi mühakiməsinə ehtiyac duyur.

İstər “Azərbaycan dili və nitq mədəniyyəti”ndə, istərsə də “Azərbaycan dilində işgüzar və akademik kommunikasiya”da müəllif ardıcıl vətəndaşlıq (və dövlətçilik!) mövqeyindən  çıxış edir. Və bu gün ölkəmizdə yürüdülən mükəmməl dil siyasəti işığında həm işgüzar, həm də akademik kommunikasiyanın milli prioritetlərini müəyyənləşdirməyə  ciddi təşəbbüslər göstərir. Azərbaycan Prezidentinin 23 may 2012- ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nın müddəalarını rəhbər tutan müəllif yazır ki, “işgüzar və akademik kommunikasiya ünsiyyət sahəsində elmi-nəzəri, metodoloji və praktik materialları ümumiləşdirir, müasir mütəxəssisin verbal və qeyri-verbal fenomeninə, yazılı və şifahi nitq səriştəsinə istiqamət verir”.

Məlumdur ki, müasir dilçilikdə elmin inkişafının yeni paradiqması – antroposentrizm (praqmatika) hakimdir. XX əsrin əvvəllərində sistem-struktur tədqiqatlar müqayisəli-tarixi dilçiliyi tarixə çevirdiyi kimi, həmin əsrin sonlarında da antroposentrizm sistem-struktur tədqiqatları xeyli məhdudlaşdırmışdır. Ona görə də bu gün ölkəmizdə dil kommunikasiyası, nitq mədəniyyəti, üslubiyyat sahələrində görülən işlər (o cümlədən Nadir Məmmədlinin əsərləri) XXI əsrin çağırışlarına verilən ilk, ancaq kifayət qədər səriştəli, məzmun-mündərəcəli reaksiyalardır.

Xüsusi olaraq qeyd etməliyik ki, bu reaksiyaların, elmi-intellektual  reflekslərin dəyəri bir də belə bir cəhətlə müəyyən edilir ki, onlar, əsasən, dərsliklər, dərs vəsaitləridir... Və  cəmiyyətdə bilavasitə gənc nəslin kommunikativ  fəallığının təmininə yönəlmişdir.

Professor Nadir Məmmədlinin “Moskva Şərq Dilləri İnstitutunun azərbaycanlı alimləri (1876-1930)” (1993), “Moskva Şərqşünaslıq İnstitutunun azərbaycanlı pedaqoq və alimləri” (2022) kitabları müəllifin Rusiya paytaxtı və ətraf şəhərlərin arxivlərində apardığı gərgin axtarışlarının məhsuludur. Və bu axtarışlar Azərbaycan dilçiliyinin tarixi barədəki təsəvvürlərimizi genişləndirməkdədir.

O həmçinin “Azərbaycan dilinin  orfoqrafiya lüğəti”nin son nəşrlərinin tərtibçilərindən biri, universitetlərin rus bölmələri üçün  “Azərbaycan dili” dərsliklərinin müəllifidir.

Professor Nadir Məmmədli haqqında danışarkən onun  tərcümeyi-halının daha bir  sıra məqamlarına diqqət yetirmək lazım gəlir ki, yaradıcılığı,  şəxsiyyəti barədəki təsəvvürlərimiz bütövləşsin. Onlardan birincisi öz  işinə (əslində, daha doğru olar deyək, missiyasına!) məsuliyyətlə yanaşmasıdır. Nadir Məmmədli hər gününü, hər saatını  hesablamağı bacaran, təkcə cəmiyyət yox, Allah qarşısında da hesabat verməyə hər an hazır insandır. Onun  həyatının, bioqrafiyasının “yol xəritəsi” olan biblioqrafiyasını vərəqlədikcə əmin olursan ki, gənclik illərindən etibarən öz böyük ideallarının  arxasınca həmişə inamla, cəsarətlə,  eyni zamanda təmkinlə, ağılla irəliləmiş, başlıcası isə, istedadı, zəhmətkeşliyi, dürüstlüyü ilə həm özü, həm də məsləkdaşları, ətrafı üçün sağlam, münbit fəaliyyət mühiti yaratmağa çalışmışdır. Uzun illər rəhbərlik etdiyi nəşriyyat  Azərbaycan elmini, təhsilini, mədəniyyətini zənginləşdirən özəl müəssisələr sırasında artıq böyük nüfuz qazanmışdır. Və elə bir dilçi, ədəbiyyatşünas, tarixçı... təsəvvür eləmək çətindir ki, bu nəşriyyatla əməkdaşlıqdan faydalanmış olmasın. Eyni sözləri onun  elmi redaktorluğu ilə işıq üzü görən, hər sayında filologiyanın müxtəlif sahələrinə aid onlarla maraqlı məqalənin çıxdığı nüfuzlu “Filologiya məsələləri” məcmuəsi barədə də demək olar.

Bu da Nadir Məmmədlinin bir elm xadimi olaraq xarakterini (məsuliyyətini!) səciyyələndirən cəhətlərdən biridir ki, nəşriyyat sahibi olsa da, heç zaman özünün cild-cild kitablarını nəşr etmək fikrinə düşməyib. O əsərlərini yayımlayıb ki, onlara Azərbaycan cəmiyyətində ehtiyac var, onları ancaq Nadir Məmmədli qələmə ala bilər.

Əlbəttə, bu biblioqrafiya indiki halında hər hansı elm adamının fəxr edəcəyi qədər zəngindir, ancaq əminəm ki, illər keçdikcə daha da zənginləşəcək, professor Nadir Məmmədli imzasının Azərbaycan elmindəki, təhsilindəki mövqeyini daha da yüksəldəcəkdir.

Nizami Cəfərov
akademik 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:204
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 19 Sentyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri