Filarmoniyanın yanvar ayı üçün tədbirlər planı açıqlandı
Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının yanvar ayı üçün tədbirlər planı açıqlanıb.
Kulis.az xəbər verir ki, ilk konsert yanvarın 7-də təşkil olunacaq. Bəstəkar V.A.Motsartın 270 illiyinə həsr olunacaq “Nadir klassik musiqi axşamı”nda Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri çıxış edəcək. Konserti dirijor, Əməkdar artist Əyyub Quliyev idarə edəcək.
Ay ərzində sənət ocağının səhnəsində Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik orkestrinin çıxışları nəzərdə tutulur.
Həmçinin Filarmoniyada 20 Yanvar faciəsinin qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçiriləcək.
Eyni zamanda “Əliağa Vahid - ədəbi-musiqili poeziya gecəsi”, Abonement – 3 və “Simurq” layihəsinin qaliblərinin qala-konserti təşkil olunacaq.
2026-cı il “Şəhərsalma və Memarlıq İli” elan edildi - Sərəncam İranda Nobel Sülh Mükafatı laureatı həbs olundu Türk dünyasının animasiya irsi Bakıda nümayiş olunur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:80
Bu xəbər 05 Yanvar 2026 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















