Filarmoniyanın səhnəsində Zəfər konserti
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 8 noyabr, AZƏRTAC
Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli konsert proqramı təqdim edilib. Musiqili gecədə Fikrət Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Xalq Çalğı Alətləri Orkestri çıxış edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konsertə Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının direktor-baş dirijoru, Prezident mükafatçısı Mustafa Aşurov rəhbərlik edib.
Zəfər Gününün xalqımızın tarixi yaddaşında və milli qürurunda tutduğu xüsusi yerə həsr olunan konsert proqramında Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ruhunu, xalqımızın qəhrəmanlığını, birlik və həmrəyliyini tərənnüm edən musiqi əsərləri səsləndirilib.
Konsertdə orkestrin müşayiəti ilə tanınmış solistlərin ifaları da təqdim olunub. Belə ki, Əməkdar artist Xəyyam Məmmədov (kamança), solistlər Vəfa Vəzirova, Nurlana Abdullayeva, Nurlan Əzizbəyli, Rəvanə Qurbanova, Günel Hacıyeva, Əvəzxan Əzizov və İdris Tağıyev (balaban) çıxış ediblər.
Müxbir - Gülay Nəzərova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:113
Bu xəbər 08 Noyabr 2026 12:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















