Icma.az
close
up
RU
Filip Ozobiç: “Biz asan qələbə gözləmirdik” MÜSAHİBƏ

Filip Ozobiç: “Biz asan qələbə gözləmirdik” MÜSAHİBƏ

Idman.biz portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Biz qələbə qazanmağı hədəfləyirdik. Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq”.

Bunu “Turan Tovuz”un yarımmüdafiəçisi Filip Ozobiç futbolxeber.az-a müsahibəsində bildirib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının IX turunda “Karvan-Yevlax”ı çətinliklə məğlub etdiniz. 2:1 hesablı qələbəni necə şərh edərdiniz?

- Bilirdik ki, çətin oyun olacaq. “Karvan-Yevlax” yaxşı futbol sərgilədi. Buna baxmayaraq, qalib gələ bildik. Qazonun süni olması bir qədər işimiz çətinləşdirmişdi. Bütün çətinliklərə baxmayaraq, yekunda istəyimizə çatdıq və vacib 3 xal qazandıq.

- Autsayderlə görüşdə asan qələbə qazanacağınız gözlənilsə də, çox çətinlik çəkdiniz. Buna səbəb nə oldu?

- Biz asan qələbə gözləmirdik. Turnir cədvəlindəki mövqeyinə, neçə xal toplamağına baxmayaraq, "Karvan-Yevlax" yaxşı komandadır. Bunu da sübut etdilər. Ümumiyyətlə, heç bir matçda asan qələbə qazanmaq olmur. Bütün komandalar sona qədər mübarizə aparırlar.

- Komandanız sanki qapısından qol buraxdıqdan sonra ayıldı...

- Biz qələbə qazanmağı hədəfləyirdik. Hesabda geri düşdükdən sonra daha böyük qüvvə ilə irəli atıldıq. Yaxşı ki, hesabı tez bərabərləşdirdik. Daha sonra isə ikinci qolu vurmağa müvəffəq olduq.

- Yenidən liderliyə yüksəldiniz. Bu dəfə liderliyi saxlamaq nə dərəcədə uzunmüddətli olacaq?

- Bəli, hazırda liderik. Lakin turnir cədvəlinə baxmaq lazım deyil. Yalnız növbəti matçı düşünməliyik. Hər oyun bizim üçün vacibdir. Ona görə də növbəti görüşlərə ciddi şəkildə hazırlaşmalıyıq.

- Gələn həftə həm kubok, həm də çempionatda oyununuz var. Sıx qrafikə hazırsınız?

- Bəli, əvvəlcə kubokda meydana çıxacağıq. Rəqib ikinci liqa təmsilçisi “Dinamo” olsa da, matça ciddi yanaşmalıyıq. Heç bir rəqibə zəif gözü ilə baxmaq olmaz. Daha sonra isə çempionatda “Şamaxı” ilə üz-üzə gələcəyik.

- Növbəti oyunu Tovuzda – doğma stadionda keçirəcəksiz. Bu, işinizi daha da asanlaşdıracaq?

- Bu, çox xoş olacaq. Doğma azarkeşlərimiz önündə çıxış edəcəyik. Onların dəstəyi ilə yaxşı nəticə qazanmağı hədəfləyirik.

- Sabiq klubunuz “Qarabağ”ın Çempionlar Liqasındakı çıxışını necə qiymətləndirirsiniz?

- “Qarabağ” ÇL-də çox yaxşı nəticələr qazanır. Bu, həm klub üçün, həm də Azərbaycan futbolu üçün müsbət haldır. 3 oyundan 6 xal toplayıblar və bu, çox yaxşı nəticədir.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 25 Oktyabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri