Icma.az
close
up
RU
Filip Ozobiç: “Heç heçəni ədalətli nəticə saymaq olmaz” MÜSAHİBƏ İdman və Biz

Filip Ozobiç: “Heç heçəni ədalətli nəticə saymaq olmaz” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Neftçi”nin yarımmüdafiəçisi Filip Ozobiçin Futbolxeber.az saytına müsahibəsi

- “Neftçi” üçüncü dövrəyə heç-heçə (1:1) ilə başladı. “Sabah”la görüşü necə şərh edərdiniz?

- Yaxşı oyun keçirdiyimizi düşünürəm. Birdən çox qol vurmaq üçün şanslarımız da var idi. Lakin yaxaladığımız epizodları dəyərləndirə bilmədik. Buna görə də yekunda heç-heçə ilə kifayətlənməli olduq. Artıq növbəti görüşləri düşünməliyik.

- Heç-heçəni ədalətli nəticə saymaq olar?

- Tam da yox. Çünki rəqiblə müqayisədə bizim qol vurmaq üçün daha çox şansımız var idi.

- Qış fasiləsindən sonra komandada vəziyyət necədir?

- İndi fiziki baxımdan daha yaxşı vəziyyətdəyik. Bu da meydanda göründü. Lakin hər oyunda daha artığını etməliyik.

- Bəs qələbə üçün nə çatışmır?

- Sonluq. Son nöqtəni qoymaqda bir qədər çətinlik çəkirik. Halbuki yaxaladığımız şansları daha yaxş dəyərləndirsək, vəziyyət də fərqli olar. İnanıram ki, tezliklə vəziyyət müsbətə doğru dəyişəcək.

- Növbəti turda “Araz-Naxçıvan”la qarşılaşacaqsınız. Həmin matçdan gözləntiləriniz?

- Çətin oyun olacaq. “Araz-Naxçıvan” güclü təsir bağışlayır. Hər nə qədər çətin olsa da, hədəfimiz qələbə qazanmaqdır.

- Bu matçı avrokuboklar baxımından “Neftçi” üçün həlledici saymaq olar? Çünki bu matçda qələbə qazanmasanız, yuxarı pillələrlə aradakı xal fərqi bir qədər də artacaq...

- Hazırda turnir cədvəlində vəziyyətimiz ürəkaçan deyil. Yuxarı pillələrdən xeyli aralı düşmüşük. Ona görə də hər matçda qələbə qazanmalıyıq. “Araz-Naxçıvan”la matç da istisna deyil.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Yanvar 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri