Filip Paviç Bavariya nın tarixində bunu edən ilk futbolçu oldu
Icma.az, sport24.az portalına istinadən məlumatı açıqlayır.
On altı yaşlı müdafiəçi Filip Paviç "Bavariya"nın heyətində Çempionlar Liqasının 1/8 final mərhələsinin "Atalanta"ya qarşı oyununda (4-1) debüt edib. Sport24.az AP-yə istinadən xəbər verir ki, bununla da o, Münhen klubunun heyətində Çempionlar Liqasında tarixində ən gənc, turnirin ümumi tarixində isə üçüncü ən gənc oyunçu olub.
Paviç 72-ci dəqiqədə, hesab 4-0 olanda əvəzeetmədən meydana daxil olub.
16 yaş 58 günlük olan Paviç bu göstəricidə yalnız "Arsenal"ın oyunçusu Maks Doumen (15 yaş) və 2020-ci ildə Dortmund "Borussiya"sında debüt edən Yussufa Moukokodan (16 yaş 18 günlük) geri qalır. Paviç "Barselona"nın oyunçusu Lamin Yamalı keçərək onu Çempionlar Liqasının ən gənc iştirakçıları siyahısında dördüncü yerə salıb.
Qeyd edək ki, Paviç turnirdə oynayan 2010-cu il təvəllüdlü ilk oyunçu olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:161
Bu xəbər 19 Mart 2026 13:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















