Bavariya Musialanı klub tarixində ən bahalı futbolçu etməyə hazırdır
Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bavariya" hazırda 21 yaşlı hücumçu Camal Musiala ilə yeni uzunmüddətli müqavilə üzrə danışıqlar aparır.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" məlumat yayıb.
Mənbənin məlumatına görə, 2025-ci il yanvarın 1-dən Münhen klubu Musiala ilə 2030-cu il iyunun 30-dək qüvvədə olan müqavilə imzalamaq imkanı əldə edəcək. Alman futbolçunun yeni əmək müqaviləsinə əsasən maaşı ildə 20 milyon avronu keçə bilər.
Beləliklə, beş ildən sonra Musiala 100 milyon avrodan çox qazana biləcək ki, bu da onun "Bavariya" ilə müqaviləsini Münhen klubunun tarixində ən bahalı müqaviləyə çevirəcək.

Bavariya Musialanı razı sala bildi
04 Dekabr 2024 16:53
Barselona Musialanı almayacaq
17 Fevral 2025 13:48
Musialanı güldürən nədir?
22 Yanvar 2025 17:44
Bavariya tarixində ən çox qol vuran üçüncü futbolçu oldu
16 İyun 2025 15:28
Bayer in ulduzu Musialanı qabaqladı
17 Yanvar 2025 09:25

