Icma.az
close
up
RU
Filmə çəkilən xanımların çəkdikləri

Filmə çəkilən xanımların çəkdikləri

Icma.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Dünən “RS Production” yeni filmini təqdim etdi. “Nizami” Kino Mərkəzində “Qırxdan sonra…” qısametrajlı bədii filminin təqdimatına dəvətli tanınmış sənət adamları, ictimaiyyət nümayəndələri qarşısına çıxan yaradıcı heyət filmin özü kimi qısa danışdılar.

Tanınmış kino tənqidçisi, filmin ssenari müəlliflərindən biri olan Sevda Sultanova bildirdi ki, “Qırxdan sonra” aktrisaların, ümumilikdə qadınların düşüncələri, müəyyən yaşdan sonrakı mənəvi mübarizəsi barədədir.

Filmin ssenari müəlliflərindən biri və quruluşçu rejissoru Saida Haqverdiyeva bildirdi ki, yeni ekran işində cəmiyyətimizdəki qadınların, xüsusən yaradıcı qadınların, özünü ifadəyə çalışan zərif cinsin ümumiləşmiş obrazını yaratmağa çalışıblar. Yeri gəlmişkən, filmin yaradıcı heyətinin əksəriyyəti də məhz qadınlardır.
Saida xanım filmin ərsəyə gəlməsində dəstək verən qurum və şəxslərə , o cümlədən, Mədəniyyət Nazirliyinə, “Nizami” Kino Mərkəzinə təşəkkürünü bildirdi, bu silsilədən daha iki film çəkəcəyini, hazırda ikinci ekran işi üzərində işə başladıqlarını da əlavə etdi.
Sonra söz filmin qəhrəmanları – aktrisalar Zümrüd Qasımova və Gülçöhrə Abdullayeva verildi. Onlar belə bir fərqli və maraqlı, bir növ ürək sözlərini ekrana daşıyan layihəyə görə yaradıcı heyətə təşəkkür etdilər.

“Qırxdan sonra…” qısametrajlı bədii filminin ssenari müəllifləri Sevda Sultanova və Saida Haqverdiyeva, quruluşçu rejissoru Saida Haqverdiyeva, görüntü rejissoru Şahmar Səfəroğlu, prodüseri Kəmalə Həhmətova, redaktoru Həmidə Rüstəmovadır.
Filmin əsas məqsədi sənətin görünməyən tərəflərini qadın qəhrəmanın müxtəlif ruh hallarında təsvirə can atmaqdır. Tragikomik hadisələrlə zəngin ekran əsəri aktyorların həyatının arxa planını, daha doğrusu, tamaşaçının bəlkə də görmək istəmədiyi yönlərini böyük ekrana çıxarır.

Qısametrajlı filmin qəhrəmanı yaşı 40-ı keçmiş iki qadındır. Onlardan biri (Gülçöhrə Abdullayeva) illər əvvəl teatrdan uzaqlaşsa da ikinci əsas personaj mübarizədədir. İstedadlı aktrisa Zümrüd Qasımovanın canlandırdığı obraz isə ailə-məişət qayğıları fonunda bir də zaman keçdikcə kinoda, teatrda ona olan tələbatın azaldığını hiss edir. Amma bunu qəbul etmək istəmir. Hətta mübarizə aparır, hər gün öz üzərində çalışır. Az qala təbiətə qarşı gedir. Amma onun nə zamanındakı populyarlığı, nə də peşəkarlıq və təcrübəsi artıq işinə yaramır. Əvəzində sosial şəbəkə fenomeni olanlar qısa zamanda ekranlara rol tapıb, o və onun kimilərin oynayacaqları rolları əllərindən asanlıqla alırlar. Sözsüz ki, aktrisa bununla barışmır və sarsıntılar keçirir. Amma mübarizə əzmini də itirmir. Ən əsası nikbindir və ən çətin anında belə gülməyi, özünün kədərinə gülməyi bacarır. Özü də hər hansı obrazda yox. Elə özü kimi. Filmin sonunda nəhayət ki, ona telefon zəngi gəlir və...
Etibar CƏBRAYILOĞLU
Reyting.az

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://reyting.az
archiveBu xəbər 25 Dekabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see356

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see348

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see344

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see316

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see315

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see250

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see247

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see234

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see229

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see227

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see223

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see218

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see214

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see205

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see203

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see202

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see197

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see192

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see178

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri