Icma.az
close
up
RU
Çəkdikləri filmə görə təhdid olunurlar!

Çəkdikləri filmə görə təhdid olunurlar!

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çəkdikləri filmə görə təhdid olunurlar!

“Ayıq Sürücü” filminin komandası təhdid olunur.

OLAY yazır ki, bu barədə ekran işinin ssenari müəllifi və aktyoru Əli Ucal məlumat yayıb. O, açıqlamasında bildirib ki, günlərdir davam edən təhdidlərə səbəb layihədə məkan kimi Buzovnanın göstərilməsidir:

“Çox ciddi təhdid altındayam. Nəinki mən, filmin digər iştirakçıları da təhdid altındadır. Neçə gündü gah zarafatla yanaşıram, gah uzun-uzadı açıqlama verirəm, gah müsahibə verirəm, gah üzrxahlıq edib məsələnin bitməyinə çalışıram, amma görürəm bu şəkildə olmur. Az qala 1 həftədir boş-boş adamlar video müraciət edib önəmli nəsə deyirmiş kimi özlərini camaata göstərir. Fərqli-fərqli profillərdən saysız-hesabsız təhdid mesajları alırıq. Kişiləri keçdim, yaşlı qadınlar yazıb bizi "razborka"ya çağırır. Bizə qarşı birləşib polisdən tutmuş nazirliyə, məhkəmədən tutmuş, sayılıb-seçilən sənət adamlarına qədər əsassız şikayətlər edirlər. Məsələ o qədər çirkinləşib ki, hətta məscidlərindəki xütbələrində bizə qarşı lənətlər yağdırırıb filmi sildirmək istəyirlər. Bəli, məhz filmi sildirmək! Və nə qədər gülünc də olsa bütün bunlar "Ayıq Sürücü" filmində mənim oynadığım obrazın işlətdiyi "Buzovnada bir dənə xala var" ifadəsinə görə olur. İçində heç bir söyüş, heç bir təhqir olmayan bu ifadəyə görə neçə gündür bizə, ən çox da mənə təhqirlər yağdırıb linç edirlər. 

Apa TV-in reportajında yazıçı Ömər Xəyyam filmdə problem görmədiyini deyib deyə indi də onun üstünə düşüb onu linç edirlər. Filmə baxanlar şahiddir ki, filmdə heç bir açıq-saçıq səhnə, söyüş yoxdur. Heç kim təhqir olunmayıb. Mesajı da çox aydındır ki, "özünə edilməliyi istəmədiyin şeyi başqasına edilməyini alqışlama". Amma bu adamlar bu filmi "cinayət" adlandırıb sildirmək üçün hər cür zorbalığı edirlər. Bir el məsəlində deyildiyi kimi "elin gücü bir olsa dağı yerindən oynadar". Amma bu insanlar öz güclərini Buzovnanın nə qədər problemi üçün birləşdirmək əvəzinə, gənc, hələ karyeralarının başında olan, öyrənəcək çox şeyi olan fağır sənətçilərə göstərirlər.  Niyə? Çünki ən asanı əlinə telefon alıb öz mənəviyyatlarını əks etdirən ifadələrlə bizi təhqir edərək özünü ona-buna qeyrətli sakin kimi göstərməkdir. Bizi ən ağır söyüşlərlə təhqir edənlərin nədənsə Buzovna sahillərində yaşananlara qarşı isə qəzəl, şeir videosu çəkməkdən başqa nəyəsə cəsarətləri çatmır.

 Ciddi soruşuram, gücünüz bu fağır gənclərə çatır həqiqətən? Bununla fərx edirsiz? Madam 2-3 fağır incəsənət adamına qarşı belə sıx birləşə bilirsiz niyə sizi daha çox narahat etməli olan, daha ciddi məsələlərlə bağlı səsiniz belə gur çıxa bilmir? Bizi zəif hədəf gördüyünüz üçün? Budu böyüklük? Budu ağsaqqallıq? Budu yerə-göyə sığdıra bilmədikləri mədəniyyət?  Axı bu daha çox Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axunzadənin əsərlərində bəhs edilən avam camaata oxşayır.. Üzümü "Ayıq Sürücü" filmini izləyib bəyənən və ya bəyənməsə də, filmdə heç bir əxlaqi problem görməyən bütün vicdanlı insanlara tuturam; lütfən bizə qarşı birləşmiş bu qaraguruhçulara səssiz qalmayın. Çünki siz səssiz qaldıqca onlar daha da cəsarətlənir, üstünüzə ayaq alırlar, bizi hədələyirlər, təhqir edirlər, qısnayırlar, tək görürlər. Sənətə və sənətçiyə zorbalıqla qalib gələcəyini düşünürlər!

Bu qaraguruhçuları ictimaiyyətin təqdirinə, insanların vicdanına buraxıram. Əgər bizim etdiyimiz xırda diqqətsizlik idisə, biz məsələyə aydınlıq gətirmək üçün hər şeyi elədik: açıqlama etdik, müsahibə verdik, halallıq istədik, hətta kiminsə qəlbinə toxunmuşuqsa buna görə üzrxahlıq elədik. Bundan o tərəfi ağını çıxarmaqdır artıq. Mən Azərbaycanın bütün aydınlarını, sənət adamlarını, vicdanlı insanları bu məsələdə fikrini açıqca paylaşmağa çağırıram. Buna səssiz qalmaq olmaz. Mən İstanbuldayam, amma bu filmdə mənimlə birlikdə olan əziz həmkarlarım, yol yoldaşlarım hamısı Bakıdadır. Bildirmək istəyirəm ki, onların başına gələ biləcək hər hansı olaya görə bu qaraguruh məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən özlərini sənətə qarşı senzura qoya biləcəyinə inanan, ölkəmizi dərəbəylik hesab edən bu qaraguruhçuları diqqət altında saxlamağı rica edirəm. Bir neçə gün bundan qabaq Azərbaycanda 13 yaşlı uşaq övlad dünyaya gətirib. Məncə bu mövzu film çəkdiyimizə görə bizi cinayətkar adlandırıb məscidlərdə bizə lənət oxutduranlar üçün daha böyük cinayət, daha böyük lənətlənmə hesab olunmalıydı. Ancaq bu namus-qeyrət keşikçiləri heç bir namus cinayətinə səs çıxarmadığı kimi buna da səs çıxarmadı.  Mən haqsız olduğum mövzuda üzr istəməyi, səhvimi qəbul etməyi həmişə bacarmışam. Tanrı şahiddir ki, nə mənim, nə də bu filmi ərsəyə gətirən heç kimin ağlına da gəlməyib ki, belə bir məsələ kimisə narahat edə bilər. Belə bilsək valla düşünmədən şərti adlar seçərdik. 

Bu mənim ilk filmimdir və cəmi 10 günə heç bir reklam olmadan 200 min baxışı ötüb. Gələn rəylərin 90 faizdən çoxu müsbətdir, film bəyənilib, ölkə gündəminə oturub.  Bu film artıq nə mənim məhsulumdur, nə nə bir başqasının. "Ayıq Sürücü" filmi artıq ictimaiyyətin məhsuludur! Heç kimin ixtiyarı yoxdur ki, ictimaiyyətin rəğbətini qazanan bir filmi sırf öz eqolarını tətmin etmək üçün sildirsin.  Mən heç vaxt haqq yeməmişəm. Mənim haqqımı da heç kim yeyə bilməz. Mən istəmirəm belə bir guruhun qalib gələ bildiyi tək qrup gənc sənətçilər olsun. Zorbalığa, haqsızlığa həmişə qarşı durmuşam və duracam.  Əminəm ki, ölkənin aydınları, işıqlı gəncləri bizi dəstəkləyir. Əminəm ki, sonda işıqlı insanlar qaranlığa qalib gələcək!”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://olay.az
archiveBu xəbər 05 Aprel 2025 23:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Donuz zənn edib atəş açdı, atasını öldürdü

07 Avqust 2026 03:09see519

Dini və milli tolerantlığın Azərbaycan modeli

07 Avqust 2026 12:23see398

Korrupsiyaya qarşı komitə rəhbərinin gizli milyonları üzə çıxdı

07 Avqust 2026 02:46see395

Real Madrid Vinisius Junior ilə müqaviləni uzadıb

07 Avqust 2026 02:09see360

Eboladan ölənlərin sayı 1800 ü keçib

07 Avqust 2026 02:34see259

Belçika Qrenlandiyaya qoşun göndərir: Təlimlər başlayır

07 Avqust 2026 14:00see255

Ermənistana səfərlər rusiyalılar üçün təhlükəli ola bilər Matviyenko

07 Avqust 2026 02:00see247

Azərbaycan “Qlobal Sülh İndeksi”ndə 110 cu yerdə qərarlaşıb Siyahı

07 Avqust 2026 18:16see215

Yeni “Bugatti” belə olacaq Fotolar

07 Avqust 2026 01:42see210

Bu oteldə qalanlar pul ödəmir, bağ işlərinə kömək edirlər (Foto)

08 Avqust 2026 04:05see210

Səbail in yeni İdarə Heyətinin təqdimatı keçirildi FOTOLAR

07 Avqust 2026 22:21see197

Tramp “doğum turizmi”ni qadağan edən sərəncamı imzaladı

07 Avqust 2026 01:28see189

Cəlilabadda maşın aşıb Yaralılar var

07 Avqust 2026 01:44see186

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see185

Husilərin Səudiyyə Ərəbistanına hücumu nəticəsində 11 mülki şəxs yaralanıb

07 Avqust 2026 02:56see181

Avropada istidən 25 mindən çox insan ölüb

08 Avqust 2026 00:13see174

Səmanın yerə endiyi şəhər... Fotolar

08 Avqust 2026 04:45see172

Prezidentlər Ağ Evin sahibi deyil, yalnız müvəqqəti sakinidir Trampa ŞOK

08 Avqust 2026 06:06see163

Çay deyil, plastik içirsiniz Ən sağlam çay dəmləmə üsulu

08 Avqust 2026 05:05see158

Qızılın bahalaşmasının əsas səbəbi geosiyasi risklərdir İQTİSADÇI

07 Avqust 2026 14:08see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri