“Filosof dindar ola bilməz” deyənlərə cavab: Ayıb olsun!
Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
"Filosof dindar ola bilməz! Dini fəlsəfə təbliğ edə bilməz!"- deyə şivən qoparan "dostlara", "ziyalılara"dır sözüm. Fəlsəfə tarixindən xəbəriniz yoxdur. Bu, aydındır. Yoxsa, Pifaqordan, Heraklitdən, Platondan, Konfutsidən, Tusidən, Sührəverdidən, Berdyayevdən sonra hansısa filosofun din mövqeyində dayanaraq fəlsəfə etməsinə dəvə nalbəndə baxar kimi çəp-çəp baxmazdınız".
Ölkə.az xəbər verir ki, bunu tanınmış filosof, fəlsəfə elmləri namizədi Müşfiq Ötgün deyib.
"İllərdir bu kəsim ictimai şüurda "fəlsəfə yalnız inancsız ola bilər" tezisini möhkəmləndirməyə çalışır. Ən fərqli səviyyələrdə. Bilmək istəyirsinizsə, bu, "elmi" təkfirçilikdir. Dini təkfirçilərdən, başqa düşüncə sahibinə haqq tanımayanlardan, çox fərqlənmirsiniz. Tonunuz da üstdən aşağı, daima aşağılayıcıdır . Özünüzə xoş gəlir deyə fərqində deyilsiniz. Ayıb olsun".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 23 Aprel 2025 10:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















