Icma.az
close
up
RU
Bizdə filosof varmı?

Bizdə filosof varmı?

Icma.az, Kulis.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Niyazi Mehdinin vəfatı sosial şəbəkələrdə tez-tez rast gəlinən "bizdə filosof varmı?" qısır sorğunu mənə yenidən xatırlatdı.

Cəfər Cabbarlının "Sevil" əsərində iki bir-birini tamamlayan obraz var. Məmmədəli bəy və Əbdüləli bəy. Məmmədəli bəy inkarçıdır, nihilistdir. Onun həyat kredosunu, dünyabaxışını bu sözlər ifadə edir: "Deyirlər gün var - doğru deyil, ay var - doğru geyil, deyirlər dünya var - doğru deyil, vəssalam!". Əbdüləli bəyin də daimi cavabı belə olur: "Doğrudur, mən də elə onu düşünürdüm". Cəfər Cabbarlının həyatdan götürülmüş bu milli tipləri öz varlıqlarını indi də sosial şəbəkələrdə davam etdirirlər. "Bizdə filosof varmı?" kimi məkrli suallar və ya "bizdə filosof yoxdur" kimi hökmlər məmmədəli bəylərin bu günkü ictimai şüura sırımaq istədikləri önyarğılardır, xəbislikdir, düşüncənin inkişaf qanunlarını anlamamaqdır, yarımhəqiqətçilikdir, birtərəflilikdir. Bu məmmədəli bəylər bilərəkdən ya da bilməyərəkdən standartları çox əlçatmaz götürürlər, meyarları, ölçüləri, dəyərləndirmə qaydalarını təhrif edirlər. Onlar şairin dediyi kimi "Nə yaradar, nə də qurar, Yaradana ağız burar, Quyu qazıb tələ qurar, Ev də yıxar asta-asta" prinsipi ilə yaşayan bədxahlardır. Onlar özləri özləri ilə bacarmırlar. Əqrəb öz yaradılış xüsusiyyətinə görə onu belinə mindirib suyu keçirən canlını da çalmalıdır. Niyazi Mehdi və onun kimi neçə fəlsəfi düşüncə sahibimiz, filosofumuz bu ağrılı-acılı, məhrumiyyətli onilliklərimizdə Azərbaycan ictimai şüurunu belinə yükləyib bu bitib-tükənməyən keçid dövründən keçirdənlərdir. Yüzlərlə gənc az ya çox dərəcədə onlardan düşünmə, anlama sənətini öyrəndilər. Başqa bir böyük həcmli yazıda onun ədəbi-fəlsəfi şüurumuza qatdığı düşüncə açılışlarını təhlil etməyə çalışacam. Düşüncə və vicdan sahibləri onun və bu dövrün fəlsəfi düşüncə sahibi, filosof kimi tanıdığımız şəxslərin ucalığını, fədakarlığını və daşıdıqları ada necə layiq olduqlarını çox gözəl anlayırlar. Məmmədəli bəylərin olmağı, daha doğrusu kimlərdəsə məmmədəli bəyliyin olmağı labüddür, bəzən də lazımdır, zəruridir, inkarları yaradıcı və müəyyən həddə olanda. Amma ey məmmədəli bəylərin mütləq inkarçı hökmlərinin altında "Doğrudur, elə mən də onu düşünürdüm" yazan əbdüləli bəylər, siz niyə varsınız? Sizin çoxluğunuz, kütləviliyiniz, züytutanlığınız, qırverənliyiniz, qrupbazlığınız, önyarğılı təəssübkeşliyiniz... ictimai şüurun istiqamətlənməsi naminə gedən bu düşüncə savaşında tərəzinin gözünü əyməkdən, su bulandırmaqdan, bu millətin fədakar düşüncə adamlarını ləkələmək və gözdən salmaqdan başqa bir işə yaramır...

Allah bu millətin dəyərli düşüncə adamına, filosof Niyazi Mehdiyə rəhmət eləsin!

MM: Televiziyalara yeni tələb Ən çox qazanan animasiya filmi Oqtay Mirqasıma ağır itki
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://kulis.az
archiveBu xəbər 28 Fevral 2025 17:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see593

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see256

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see240

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see233

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see232

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see217

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see217

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see213

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see195

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see185

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see181

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see181

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see178

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see177

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see175

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see174

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see172

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see167

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see159

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri