Final fitindən sonra agentinalı futbolçuya şillə vurdu Video
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İngiltərənin dünya çempionatının yarımfinalında Argentinaya 1:2 hesabı ilə məğlub olmasından sonra meydanda gərgin anlar yaşanıb.
“Qafqazinfo” xəbər verir ki, “üç şirlər”in yarımmüdafiəçisi Cud Bellinqem final fitindən dərhal sonra argentinalı futbolçu Valentin Barkoya şillə vurub.
Sosial şəbəkələrdə yayılan görüntülərdə Bellinqemin ehtiyat oyunçular skamyasında olan Barkonu vurduğu aydın görünür.
Hadisə Barkonun komanda yoldaşları ilə birlikdə finala vəsiqəni qeyd etdiyi an baş verib. İngilis futbolçunun bu reaksiyasının səbəbi məlum deyil.
Bellinqem matçın son dəqiqələrində də emosiyalarını cilovlamaqda çətinlik çəkib. O, əlavə vaxtda Lionel Messiyə qarşı sərt qayda pozuntusuna yol verib, daha sonra isə argentinalı müdafiəçi Nikolas Otamendi ilə mübahisə edib.
Buna baxmayaraq, hakim Bellinqemə sarı vərəqə göstərməyib.
Qeyd edək ki, İngiltərə son dəqiqələrdə buraxdığı iki qoldan sonra DÇ ilə vidalaşıb. Argentina isə finalda İspaniya ilə qarşılaşacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 16 İyul 2026 08:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















