Icma.az
close
up
RU
Finala keçə bilməyən təmsilçilərimizdən Avroviziya Açıqlaması

Finala keçə bilməyən təmsilçilərimizdən Avroviziya Açıqlaması

Axsham.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanı "Avroviziya" mahnı müsabiqəsində təmsil edən "Mamagama" qrupu finala keçə bilməyib. 

Axşam.az-ın məlumatına görə, qrup sosial media hesabında yarışma ilə bağlı paylaşım edib:

"Əziz dostlar, hər saniyə yarımfinal çıxışımıza olan dəstək və sevgi dolu mesajlar gəlir. Bu yolu sizinlə birgə keçdiyimiz və sizi sevindirə bildiyimiz üçün sonsuz xoşbəxtik. Hansı ki, bu bizim üçün ən vacib olanıdır. Finala keçəcəyimizi gözləyənlərdən üzr istəyirik və sizdən rica edirik ki, məyus olmayasınız. Biz əlimizdən gələni etdik, səhnədə tam səmimi olduq və bütün emosiyalarımızı verdik.

Bizə azarkeşlik edən və canlı yayımla bizi izləyən hər kəsə sonsuz təşəkkür edirik. Sizin dəstəyinizi və sevincinizi hiss etdik. Ölkəmizdə hələ çox istedadlı ifaçılar var və biz onlara gələcək müsabiqələrdə uğurlar arzulayırıq. Əsas odur ki, biz sübut etdik ki, Azərbaycanda yaxşı musiqi yaradılır və hər zaman yaradılıb.

Dostlarımıza, yaxınlarımıza və İTV komandamıza dərin təşəkkür edirik. Siz bizə inandınız və böyük iş gördünüz. Bunu heç vaxt unutmayacağıq.

Ruhdan düşmürük və bu bizim üçün böyük motivasiyadır, irəliləməyə davam edəcəyik. Hazır materiallarımız çoxdur və sizinlə paylaşmaq üçün səbirsizlənirik".

Qeyd edək ki, bu il ölkəmizi yarışmada "Mamagama" qrupu “Run with you” mahnısı ilə təmsil edib. Onlar yarışmanın finalına vəsiqə qazana bilməyiblər.

2023-cü ildə ölkəmizi təmsil edən Turan və Tural qardaşları, 2024-cü ildə İlkin Dövlətov və Fahree də finala vəsiqə qazana bilməmişdilər.

Yarışmanın ikinci yarımfinalı mayın 15-də, final isə 17-də keçiriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://axsam.az
archiveBu xəbər 15 May 2025 09:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see375

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see247

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see241

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see240

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see236

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see235

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see233

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see231

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see230

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see229

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see225

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see218

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see213

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see213

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see213

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see212

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see212

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see212

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see210

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri