Icma.az
close
up
RU
Finalda tufan: Berkoviç niyə Türkiyə ilə üz üzə gəlmək arzusundadır?

Finalda tufan: Berkoviç niyə Türkiyə ilə üz üzə gəlmək arzusundadır?

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

Son zamanlar israilli jurnalist Eyal Berkoviçin yerli mətbuata verdiyi sərsəm açıqlamalar, xüsusilə “HƏMAS və İranı məğlub etdik, final Türkiyə ilədir” kimi iddiaları regional təhlükəsizlik kontekstində ciddi rezonans doğurub.

Bu cür ritorika populist yanaşmanın məhsulu olmaqla yanaşı, İsrailin daxili siyasi atmosferində müəyyən qrupların eyforiyasını əks etdirir. Lakin real siyasət və təhlükəsizlik doktrinası bu cür emosional çıxışlardan xeyli fərqlənir. Bu tip ifadələr həm daxildə millətçi duyğuları gücləndirməklə siyasi dəstək qazanmaq, həm də xarici siyasətdə təzyiq vasitəsi kimi istifadə olunur. Lakin belə ritorika, xüsusilə regional aktorlar arasında gərginliyi artırmaq potensialına malikdir və diqqətli yanaşma tələb edir. İsrail hakimiyyəti isə indiyə qədər balanslı və ehtiyatlı mövqe sərgiləyərək, təcavüzkar addımlardan çəkinməyə üstünlük verir.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Sultan Zahidov bildirib ki, İsraildə müəyyən siyasi qruplar və media qurumları Türkiyəni potensial təhdid kimi təqdim edərək, daha sərt və aqressiv mövqe nümayiş etdirirlər. Bu tendensiya, xüsusilə İsrailin daxili siyasətində millətçi və sağçı əks-səda doğurur, lakin rəsmi dövlət siyasəti ilə həmişə üst-üstə düşmür. Eyal Berkoviç kimi şəxslərin sərsəm və əsassız iddiaları populist ritorikanın tipik nümunəsidir; onlar regional gərginliyi artırmaqla yanaşı, cəmiyyətdə narahatlıq yaratmaq istəyirlər:

"İsrailin təhlükəsizlik doktrinası Türkiyə ilə eskalasiyaya getmək istəmir. Əksinə, rəsmi Tel-Əviv diplomatik danışıqlara üstünlük verir və mümkün qarşıdurmalardan çəkinir. Türkiyə ilə münasibətlərdə gərginlik mövcud olsa da, bu, birbaşa hərbi toqquşmaya çevrilməsi ehtimalı çox aşağı səviyyədədir. İsrail üçün real və daha ciddi təhlükə mənbəyi İran və onun nüvə proqramı, eləcə də İran dəstəyi ilə fəaliyyət göstərən qruplardır".

Sultan Zahidov: Hazırkı regional vəziyyətdə Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşmanın ehtimalı çox aşağıdır

Onun sözlərinə görə, İsrailin təhlükəsizlik siyasətində İran ən böyük problemlərdən biridir. İranın regiondakı təsirinin artması, nüvə silahına sahib olma cəhdləri və terror təşkilatlarına dəstək verməsi Tel-Əvivdə ciddi narahatlıq yaradır. Diplomatik müstəvidə də İsrail-İran münasibətləri gərgin olaraq qalır və bu, real təhlükə potensialı daşıyır. Buna görə də, İsrail diplomatiyası və hərbi strategiyası əsas diqqətini İrana yönəldib:

"Hazırkı regional vəziyyətdə Türkiyə ilə İsrail arasında birbaşa hərbi toqquşmanın ehtimalı çox aşağıdır. Bu, həm təhlükəsizlik doktrinasında, həm də diplomatik münasibətlərdə açıq-aydın görünür. Populist ritorika və bəzi mətbuat açıqlamaları əhval-ruhiyyəni qızışdırsa da, rəsmi siyasət eskalasiyadan uzaqdır və qarşılıqlı maraqlar və danışıqlar vasitəsilə həll yolunu axtarır".

Son olaraq politoloq diqqətə çatdırıb ki, İsrailin regional təhlükəsizlik siyasətində populist ritorika ilə rəsmi dövlət mövqeyi arasında ciddi fərqlər mövcuddur. Eyal Berkoviç kimi şəxslərin sərsəm açıqlamaları daha çox daxili siyasi oyunların məhsulu olmaqla yanaşı, reallıqdan uzaqdır. Təl-Əvivin əsas diqqəti İrana yönəlib və Türkiyə ilə eskalasiyaya risk etməkdən uzaqdır. Bu isə, hazırkı regional dinamika baxımından həm İsrailin, həm də Türkiyənin maraqlarına daha uyğun və dayanıqlı sülhə xidmət edir.

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 İyun 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri