Nihat Məmmədli finalda erməni ilə üz üzə
Sportal.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Qazaxıstanın paytaxtı Astanada böyüklər arasında güləş üzrə dünya çempionatı davam edir.
Sportal.az xəbər verir ki, dördüncü yarış günündə Azərbaycanın iki qadın güləşçisi mübarizəyə qoşulacaq.
Jalə Əliyeva (57 kq) və Birgül Soltanova (65 kq) xalça üzərinə çıxacaq.
Həmçinin, üç yunan-Roma təmsilçimiz medallar uğrunda mübarizə aparacaq.
Nihat Məmmədli (63 kq) finalda Karen Aslanyanla (Ermənistan) qarşılaşacaq, Həsrət Cəfərov (67 kq) bürünc medal üçün güləşəcək. Onun rəqibi hələlik müəyyənləşməyib.
Bundan başqa, ilk təsəlliverici görüşünü uğurla keçən İslam Abbasov (87 kq) gürcüstanlı Laşa Qobadzeni də məğlub etsə, özbəkistanlı Məhəmmədqodir Rasulovla bürünc medal duelinə çıxacaq.
Xatırladaq ki, DÇ noyabrın 1-də yekunlaşacaq.
Azərbaycan komandasının aktivində hələlik 2 medal var - yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olublar.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 27 Oktyabr 2026 11:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















