Icma.az
close
up
RU
“Finaldayam, tamaşaçılardan gözləmədiyim dəstəyi gördüm”

“Finaldayam, tamaşaçılardan gözləmədiyim dəstəyi gördüm”

Icma.az bildirir, Azpost portalına istinadən.

Televiziya tamaşaçılarının sevimlisinə çevrilən xanəndə Zaur Babayev hazırda “Space” telekanalı ilə yayımlanan “Azərbaycanın Səsi” musiqi yarışmasının finalına yüksəlib.

Sentyabrın 15-də finalda qalib bəlli olacaq.

Peşəkar musiqiçi olan Zaur Babayev Asəf Zeynallı adına musiqi kollecinin məzunudur. O, Azərbaycanın xalq artisti, görkəmli xanəndə Əlibaba Məmmədovun tələbəsi olub. Biz istedadlı ifaçı ilə həm sənət yolu, həm də yarışmadakı təəssüratları ilə bağlı söhbətləşdik.

AzPost müsahibəni təqdim edir:

-“Azərbaycanın Səsi” yarışmasında finala qədər gəldiniz. Bu yol sizin üçün necə bir keçdi, hansı təcrübələr oldu?

– Əslində bu, birinci yarışmam deyil. İlk yarışmam 1993-cü ildə “7/17” yarışması olub. Yarışma Lənkəranda keçirilib və mən 2-ci yeri tutmuşam. Daha sonra 2011-ci ildə “Toylar kralı” yarışmasında yarımfinalçı oldum. Bu yarışmanı özümün özümə imtahanı adlandırardım. Orada böyük dəstək və sevgi gördüm və bir daha əmin oldum ki, 32 illik səhnə həyatım boşa getməyib.

“Azərbaycanın Səsi” yarışması mənim üçün həm böyük məsuliyyət, həm də yeni dostluqlar qazandığım bir yol oldu. Rəqabət çətin idi, amma hər addımımda öyrəndim.

-Səhnədə ən yaddaqalan anınız hansıdır?

– Mahnı bitəndən sonra tamaşaçıların reaksiyası… Hər 4 turda sadəcə möhtəşəm olub.

Rəqabət şəraitində ən böyük çətinlik nə idi?

– Mən çox güclü müğənnilərlə mübarizə aparıram. Baxmayaraq ki, hamısı gəncdir, amma hər biri birinciliyə layiqdir. Hər tur daha da çətin olur. Finala qədər böyük mübarizə apardım. Mən belə deyərdim: “Gəncliyin illəri ilə təcrübəli müğənninin mübarizəsi.”

-Sizcə, belə yarışmalar peşəkar xanəndələrin sənətini tamaşaçıya tanıtmaqda hansı rolu oynayır?

– Hər bir sənətkar, stajından və sənətindən asılı olmayaraq, həmişə axtarışda olmalıdır. Çünki bugünkü gənclik özündən əvəvlki xanəndələri o qədər də yaxşı tanımır. Ona görə də mən gənc müğənnilərlə mübarizə apardım ki, onların dinləyiciləri məni görsün. Mənim dinləyicilərim məni onsuz da tanıyır. Bu da bir strategiyadır.

-Yarışmadan sonra hansı yeni layihələr, konsertlər və ya planlarınız var?

-Yarışmadan sonra 3 yeni mahnım üzərində çalışmalıyam. Lənkəranda solo konsertə hazırlaşıram. Digər planlarımız da var – yeni yaratdığım “Şəms” qrupuyla efirlərə və çəkilişlərə qatılacağıq.

-Siz Asəf Zeynallı adına musiqi kolleci kimi böyük ənənəsi olan bir təhsil müəssisəsini bitirmisiniz. Musiqi kolleci sizin peşəkar formalaşmanızda necə rol oynayıb?

– Asəf Zeynallı adına kolleci sənətimdə “mugama açılan pəncərə” adlandırardım.  Hər bir musiqiçi üçün təhsil çox önəmlidir. Asəf Zeynallı kollecində aldığım biliklər ifaçılıq yolumun əsas təməlini qoydu. Orada öyrəndiklərim bu gün səhnədə mənim güvənimdir. Oranı bitirəndən sonra 8 il Lənkəran Cəfər Cabbarlı adına 1 nömrəli uşaq musiqi məktəbində muğam dərsi verdim. Tələbələrim var.

-Azərbaycanın xalq artisti, mərhum Əlibaba Məmmədovun tələbəsi olmusunuz. Ustadınızdan öyrəndiyiniz ən vacib dərs nə olub?

– Ən önəmlisi səhnəyə və musiqiyə hörmət etmək. Ustadım həmişə deyirdi ki, muğam sadəcə musiqi deyil, mənəvi məsuliyyətdir. Əlibaba Məmmədov Azərbaycanın incəsənətində sözünü demiş sənətkarlardan biridir. Mən ondan muğamın sirlərini, səhnə mədəniyyətini, öz bəstələrinin düzgün ifasını öyrəndim. Nə xoş mənim halıma ki, belə bir ustaddan dərs almışam. Onun məsləhətləri hər zaman qulağımdadır.

-Xanəndə kimi ifa tərzinizi necə səciyyələndirirsiniz? Sizcə sizi həmyaşıd ifaçılardan fərqləndirən cəhət nədir?

– Mən həmişə çalışmışam öz tərzimdə oxuyum, heç kəsi yamsılamayım. Müəllimim də bunu həmişə bəyənib. Mən bunun sayəsində artıq finalçıyam. Əgər sən kimisə yamsıladınsa, onunla irəli gedə bilməzsən. Məni fərqləndirən əsas cəhətlərdən biri də budur.

Mən çalışıram ki, klassik muğam ənənəsini qoruyum, amma eyni zamanda gənc nəsilə də yaxın olsun. İstəyim odur ki, xalq mahnılarımızı sevdirim.

-Yaxşı mahnılar və muğam sənətinin bu gün gənc nəsil arasında yaşadılması üçün hansı addımlar vacibdir?

– Çox gözəl sualdır. Biz bu gün internet dövründə yaşayırıq. Gənclərimizin seçimi sərbəstdir. Belə bir vaxtda biz yalnız düzgün ifalarımızla, böyük bəstəkarlarımızın əsərləri ilə, xanəndələrimizin oxuduğu mahnı, təsnif və muğamları gənclərə düzgün çatdırmaqla onları bayağı, mənasız musiqilərdən uzaqlaşdırmalıyıq. Üzərimizə çox böyük məsuliyyət düşür. Ancaq düzgün mübarizə aparsaq, sonunda nəticəsi yaxşı olacaq.

– Gənc ifaçılara hansı tövsiyələri verərdiniz?

– Hər şeydən əvvəl çalışqanlıq və səhnəyə hörmət. Musiqi yalnız səs deyil, həm də məsuliyyətdir. Gənc ifaçılara tövsiyəm odur ki, köklü musiqimizi unutmasınlar. Böyük bəstəkarlarımızın, xanəndələrimizin miras qoyduğu Azərbaycan musiqisini hər yerdə düzgün təbliğ etsinlər. Çünki Azərbaycan musiqisi, muğamı dünya tərəfindən qəbul olunmuş zəngin bir xəzinədir.

Tamaşaçılardan aldığınız dəstək sizi necə təsir etdi?

– Mənim üçün ən böyük mükafat tamaşaçının sevgisidir. Bu sevgi məni daha da həvəsləndirir. Mən bu yarışmada həqiqətən gözləmədiyim dəstəyi gördüm. Özümə qarşı olan sevgini hiss etdim. Bu, mənə daha da həvəs və stimul verdi. Mən bunun sayəsində artıq finalçıyam.

Məncə, sənətkar tamaşaçı sevgisi olmadan heç bir uğur və qələbə əldə edə bilməz.

-Finalda sizə uğurlar arzulayırıq.

-Çox sağ olun.

AzPost

https://www.youtube.com/watch?v=fOo7bVJFnHs

AzPost.az

Paylaş

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:117
embedMənbə:https://azpost.info
archiveBu xəbər 10 Sentyabr 2025 22:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu həftə saatlar qış vaxtına qurulacaq

24 Oktyabr 2025 16:17see328

Türkiyə Universitetləri — Dünyada Tanınan Müasir Təhsil 2025

24 Oktyabr 2025 16:02see266

İsveç hökuməti 1990 cı illərdən bəri ən böyük vergi islahatını planlaşdırır

25 Oktyabr 2025 03:10see243

Maduro ABŞ la gərginlik fonunda sülhə çağırıb

25 Oktyabr 2025 04:28see209

Ermənilər nə etdi, nə edə bilmədi?.. Əkbər QOŞALI YAZIR

25 Oktyabr 2025 16:23see207

Dinamo Kiyev in əfsanəvi futbolçusu, üçqat SSRİ çempionu İvan Yaremçuk Polşada həbs edilib

24 Oktyabr 2025 15:49see148

Gənclərdə ürək xəstəlikləri: Alimlər sağlam qalmağın yollarını araşdırıblar

25 Oktyabr 2025 07:44see145

Dünyanın ən yaxşı hava limanı şəlalə və damdakı hovuzla seçilib

24 Oktyabr 2025 22:42see142

“Toppuş bacı”nın qızı EFİRƏ ÇIXDI: “Dilarə xanım mənə anamı xatırladır” VİDEO

25 Oktyabr 2025 00:35see137

HƏMAS dan Qəzza açıqlaması: Yerinə yetirmişik

24 Oktyabr 2025 19:42see137

Ailəsi şəhid olduğunu 12 gün sonra öyrəndi

25 Oktyabr 2025 13:02see129

“Daim təhlükə altındayıq” Sakinlərdən ŞİKAYƏT

24 Oktyabr 2025 18:31see129

Britaniya məscidlərin təhlükəsizliyinin təmin edilməsinə milyonlarla funt sterlinq ayıracaq

25 Oktyabr 2025 05:45see127

Vüqar Bayramov: Təhsil sektorunda gender yanaşmanın nəzərə alınmasına ehtiyac var

24 Oktyabr 2025 16:31see125

Nazirliklərə məxsus avtomobillər satışa çıxarıldı QİYMƏTLƏR

24 Oktyabr 2025 19:31see125

İsrail ordusundan Qəzzaya DƏQİQ ZƏRBƏ Həmin şəxs məhv edildi

25 Oktyabr 2025 23:39see124

“Zirə” “Sumqayıt”la üz üzə YENİLƏNİR

25 Oktyabr 2025 11:58see124

Pikassonun sirli şəkildə yoxa çıxan əsəri bir neçə həftə sonra tapılıb...

25 Oktyabr 2025 23:06see123

Orbana ikiqat zərbə Budapeşt sammitinin ləğvi Baş nazirə nə vəd edir?

25 Oktyabr 2025 12:59see122

Şakil O Nilın 180 min dollarlıq avtomobili nəql edilərkən oğurlanıb

26 Oktyabr 2025 06:09see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri