Icma.az
close
up
RU
Menu

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

Parisdə turizm təqdimatı

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

Finalın adı: İspaniya Messi İlqar Tağıyev yazır

Finalın adı: İspaniya Messi İlqar Tağıyev yazır

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Futbol üzrə dünya çempionatında bir aydan çox davam edən mübarizənin yekununda finalçılar müəyyənləşdi. Çərşənbə axşamı ilk yarımfinal qarşılaşmasında Fransa yığması İspaniya millisi ilə üz-üzə gəldi. Ertəsi gün isə İngiltərə yığması ilə Messinin komandası qarşılaşdı. Nəhənglərin döyüşünü xatırladan yarımfinallar. Bu döyüşlərdən isə İspaniya və Argentina "salamat çıxdı".

Yarımfinalda "sındırılan" favorit

Mundial başlayandan Fransa millisi turnirin favoriti hesab edilirdi. Heyətdə bütün mövqelərdə səviyyəli futbolçularının olması, 4 il əvvəlki mundialla müqayisədə heyətin bir xeyli güclənməsi, ağıllı və sürətli futbol sərgiləməsi və Didye Deşam kimi təcrübəli baş məşqçinin olması ilə kuboku götürmək mümkün idi. Fransızlara yalnız iki amil mane ola bilərdi - bəxtsizlik və Messi. Bu da mundialdan əvvəl səsləndirilən fikirlərdən biri idi. Amma...

Başımız qarışmışdı Fransa millisinə və Messiyə, ispanlar öz işlərini görməkdə idi. İspaniya ilə oyunda Fransa heç özünə bənzəmədi. Xeyr, bəxtsizlikdən söhbət gedə bilməzdi. Nominal meydan sahiblərinin əsas qol silahı olan Mbappe-Dembele-Olise triosu oyun ərzində demək olar ki, heç nə ilə yadda qalmadı. Əks cəbhədə isə Yamal-Oyarzabal-Olmo üçlüsü məsələni həll etməyi bacardı. Üstəlik, Pedro Porronun ifasında futbol dərsliklərinə düşə biləcək ikinci qol çox baxımlı alındı. Qısası, ispanlar fransızlara oynamağa imkan vermədilər. 65 yaşlı baş məşqçi Luis de la Fuentenin seçdiyi ağıllı taktika, ispan futbolçuların intizamlı və soyuqqanlı oyunu qələbə ilə nəticələndi.

Bir gün sonra baş tutan İngiltərə - Argentina matçı isə daha maraqlı alındı. 60 il sonra yenidən çempion olmağa böyük ümid bəsləyən ingilislərin oyunu göstərdi ki, onlar buna layiq deyil. İlk dəqiqələrdən daha istəkli görünən cənubi amerikalılar 55-ci dəqiqədə hesabda geri düşmələrinə baxmayaraq, qalan 40 dəqiqədə rəqibin qapısını əməlli-başlı top atəşinə tutdular. Bu müddətdə ancaq müdafiə olunmaqla çempionluq mümkün deyil! İllah da rəqibin heyətində Lionel Messi ola. Məhz Messinin 2 dəqiq ötürməsindən sonra Enzo Fernandes və Luis Martines fərqlənərək komandasını finala daşıdı. Tuxelin müdafiəni gücləndirmək üçün etdiyi əvəzləmələr hesabı qorumağa atılmış addım idi ki, oyunun gedişi onun yanıldığını göstərdi.

Argentina 4 il əvvəl olduğu kimi bu dəfə də finaldadır. Messi ikinci dəfə dünya çempionu ola bilər. Amma rəqib İspaniyadır. Kim qalib gələcək? Şanslar demək olar ki, bərabərdir. Amma əgər heyətində Messi varsa, oyuna 1:0 öndə başlayırsan. Tələsməyək, futbol gözlənilməzliklərlə gözəldir. Hər şey iyulun 19-da (Bakı vaxtı ilə 20-si gecə) Nyu-Cersidəki "MetLife Stadium"da bəlli olacaq.

Yeri gəlmişkən, bundan 1 gün əvvəl 3-cü yer uğrunda Fransa - İngiltərə oyunu keçiriləcək. Təsəlliverici oyun...

Futbolu siyasətə qatmaq olmaz!

İngiltərə - Argentina oyunundan sonra baş verən bir hadisə böyük qalmaqala səbəb olmasa, yaxşıdı. Söhbət qələbəni bayram edən argentinalıların meydanda açdığı pankartdan gedir - "Las Malvinas son Argentinas". Bu nə deməkdir? Tərcüməsi belədir: "Malvin adaları Argentinanındır!" Məsələ burasındadır ki, Malvin adalarının başqa adı Folklenddir. Folklend adaları isə Böyük Britaniyaya məxsusdur. 1982-ci ildə bu adalar uğrunda müharibədə Argentina məğlub olub. Amma indi də özününkü hesab edir. Hətta Argentinanın vitse-prezidenti Viktoriya Vilyarruelin oyundan əvvəl sosial şəbəkə hesabında paylaşdığı "İşğalçıları dayandıraq!" statusu agrentinalıların meydana həm də qisas üçün çıxacaqlarından xəbər verirdi. FİFA həmişə futbolu siyasətə qatmağa qarşı olub. Güman ki, bu hərəkətə görə Argentina Futbol Federasiyası ciddi cəzalandırılacaq.

Rekordlardan doymayan Messi

1 səhifəlik yazıda Messidən yazmamaq düz olmaz. "Başqa planetin sakini" oyunun ən yaxşısı seçildi. Bu, onun cari turnirdə 5-ci belə mükafatıdı. Üstəlik, etdiyi 2 məhsuldar ötürmə sayəsində bombardirlər yarışında 1-ci yerə qalxdı. Doğrudur, Kilian Mbappenin də aktivində 8 qol var. Amma Messi 4, Mbappe isə 3 assist edib. Messi həm də mundialların yarımfinalları tarixində ən yaşlı meydan oyunçusu statusunu da özününküləşdirdi - 39 yaş, 21 gün. Yarımfinalların rekordu isə ingilis qapıçı Piter Şiltona məxsusdur. 1990-cı il mundialının yarımfinalında Almaniya ilə oyunda qapını qoruyanda Şiltonun 41 yaşına 76 gün qalmışdı. Maraq üçün qeyd edək ki, İspaniya ilə oyunda meydana çıxacağı təqdirdə, əlbəttə, bu ehtimal olduqca böyükdür, Messi finallarda iştirak edən ən yaşlı meydan oyunçusu adını da qazanacaq.

Ölümü ilə yadda qalanlar

Dünya çempionatları təkcə çempionlarla, rekordlarla, yeniliklərlə yadda qalmır. Hər mundialda elə hadisələr baş verir ki, onlar illərlə unudulmur, futbol tarixinin səhifələrinə yazılır. Bəzən qara hərflərlə...

Bu mundualda 48 komandanın iştirak ərizəsinə 1248 futbolçunun adı salınmışdı. Onlardan böyük əksəriyyəti heç nə ilə yadda qalmadı, qalanların da əksəriyyəti zamanla unudulacaq. Amma elə olur ki, hərdən sıradan futbolçu yaddaşlara həmişəlik həkk olunur. Cənubi Afrika Respublikası millisinin yarımmüdafiəçisi Ceyden Adams kimi. İyulun 11-i dünya mediasında futbolçunun vəfat etdiyi barədə xəbər yayıldı. Adamsın cansız bədəni Keyptaundakı mənzilində aşkarlanmışdı. Səbəbləri bəlli deyildi. İddia olunurdu ki, Ceyden intihar edib. Son vaxtlar onun depressiyaya düşdüyü, mundialdan sonra isə özünə tam qapandığı bildirilirdi. Hətta qrup mərhələsinin son oyununda Cənubi Koreya üzərində qələbədən sonra paltardəyişmə otağında komandanın 1/16 finala çıxması bayram edilərkən Ceyden sakitcə kənarda əyləşmişdi. Bunu sosial şəbəkələrdə yayılan görüntülərdə aydın görmək olurdu. Demək ki, deyilənlər həqiqət idi. Hələ də onun intihar etdiyi, ya öz əcəli ilə dünyasını dəyişdiyi barədə dəqiq məlumat yoxdur. Bu barədə ailəsi də ictimaiyyətə müraciət edərək səbirli olmağı xahiş edib.

Kim idi Ceyden Adams? Tam adı Ceyden Osvin Adams olan cənubi afrikalı 2001-ci il mayın 5-də Keyptaun yaxınlığındakı Stellenboşa şəhərciyində kasıb ailədə dünyaya gəlmişdi. Uşaqlıqdan yerli "Stellenboşa"nın Futbol Akademiyasında futbolla məşğul olmuş və 2020-ci il əsas komanda ilə ilk peşəkar müqaviləsini başlamışdı. Dayaq yarımmüdafiəçisi mövqeyində çıxış edən futbolçu 5 il müddətində "Stellenboşa"nın heyətində 109 oyun keçirmiş, 7 qol vurmuşdu. Ötən ilin yanvarında "Mamelodi Saunders"ə transfer edilən Adams ilk ilindəcə ölkə çempionu adını qazanmışdı. Bu ilin mayında isə KAF Çempionlar Liqasının qalibi olmuşdu. Bu komandada ümumilikdə 40 oyuna çıxan və 4 qol vuran Adams 2022-ci ildə millidə debüt etmişdi. Cari mundialın qrup mərhələsindəki hər 3 oyunda meydanda olan futbolçu 13 matçda milli formanı geyinmiş, 2 dəfə fərqlənmişdi.

Maraqlıdır ki, ölümündən bir qədər əvvəl - iyunun 17-də onun nənəsi dünyasını dəyişib. Başqa bir fakt - yaxın dostu və komanda yoldaşı Oşvin Andries 2023-cü ildə bıçaqlanaraq öldürülüb. Adams Akila Adendorf adlı qadınla evli idi və bu izdivacdan 5 il əvvəl qız övladı doğulub. Yeri gəlmişkən, FİFA-nın qərarı ilə 1/4 final mərhələsinin Norveç - İngiltərə və Argentina - İsveçrə matçlarından əvvəl Adamsın xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Belə...

1994-cü ildə yaşanan bənzər olayı yəqin ki, stajlı futbol azarkeşləri hələ də unutmayıb. Həmin il iyulun 2-də - ABŞ-də keçirilən mundial davam edərkən turnirlə erkən vidalaşan Kolumbiya yığmasının müdafiəçisi Andres Eskobar yaşadığı Medelin şəhərində azarkeş tərəfindən güllələnərək öldürülmüşdü. Hadisə necə baş vermişdi? Qrup mərhələsində ABŞ ilə oyunda Kolumbiya 1:2 hesabı ilə məğlub olmuş, Eskobar isə avtoqolla yadda qalmışdı. Məhz həmin oyundakı tərs vuruş sonradan faciəyə səbəb olacaqdı. Belə ki, kolumbiyalı narkobaronlar Santyaqo və Pedro Qalyon qardaşları Medelində bir gecə klubundan çıxarkən Andreslə mübahisəyə girmiş, Kolumbiyanın qələbəsinə böyük məbləğdə pul qoyduqlarını, futbolçunun avtoqoluna görə uduzduqlarını bildirərək onu təhqir etmişdilər. Qarşılığını da almışdılar. Bu zaman qardaşların sürücüsü Umberto Kastro Munyos Eskobara tapançadan 6 dəfə atəş açaraq onu qətlə yetirmişdi. Şahidlərin ifadələrinə görə, Munyos hər atəşdən sonra "qol" qışqırırmış. Qısası, Munyos tutularaq 43 illik həbs cəzasına məhkum edilmişdi. Amma özünü həbsxanada yaxşı apardığı üçün 11 ildən sonra azadlığa buraxılmışdı. Qardaşlar isə cinayəti gizlətdikləri üçün 15 aylıq saxlanılmışdılar. Yeri gəlmişkən, Santyaqo Qalyon bu ilin fevralında qətlə yetrirlib.

Klublarımızdan möhtəşəm "het-trik"

Bir qədər də öz futbolumuzdan yazsam, lap yerinə düşər. Mundialın kölgəsində qalsa da, avrokubokdakı təmsilçilərimizin çıxışını yada salmamaq ayıb olar. Özü də necə çıxış. Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində mübarizə aparan "Sabah" çərşənbə axşamı səfərdə Uelsin TNS komandasını 2:1 hesabı ilə məğlub etdi. Bakıdakı ilk oyunda da "Sabah" qalib gəlmişdi - 2:0. Komandamızın növbəti mərhələdə rəqibi Şimali Makedoniyanın "Vardar"ını "sıradan çıxaran" Finlandiyanın KuPS komandası olacaq. "Sabah"ın bu mərhələni də adlamaq ehtimalı böyükdür. Belə olacağı təqdirdə, Masazır təmsilçisi bu mövsüm ən azı Konfrans Liqasının Liqa mərhələsinə düşə biləcək. Əlbəttə, biz daha artığını istəyirik. Bunu isə zaman göstərəcək.

Konfrans Liqasının 1-ci təsnifat mərhələsində Bakıda keçirdiyi ilk oyunda Gürcüstanın "Torpedo" (Kutaisi) komandasını 3:0 hesabı ilə məğlub edən "Zirə" də növbəti mərhələyə yüksəlib. Dünən axşam komandamız cavab oyununda da qalib gəlib - 3:0. "Zirə"nin 2-ci təsnifat mərhələsindəki rəqibi də məlumdur - “Payde” (Estoniya).

Nəhayət, Avropa Liqasında çıxış edən "Qarabağ" haqda. Bakıda İslandiyanın "Vestri"sini böyük hesabla (3:0) məğlub edən komandamız, səfərdə də eyni hesabla qalib gələrək növbəti mərhələyə yüksəlib. "Qarabağ"ın növbəti mərhələdəki potensial rəqibi isə Bolqarıstan ÇSKA-sıdır.

O ki qaldı 4-cü təmsilçimiz "Neftçi"yə, komanda Konfrans Liqasının 2-ci təsnifat mərhələsində mübarizəyə qoşulacaq. "Ağ-qaralar"ın rəqibi "Dinamo" (Minsk, Belarus) olacaq.

Sevindirici haldır ki, ilk mərhələdə bütün təmsilçilərimiz üzümüzü ağ elədi. Futbol dili ilə desək, "het-trik"! Yeri gəlmişkən, bu, 3-cü dəfədir ki, baş verir. 13 il əvvəl Avroliqanın 1-ci təsnifat mərhələsindən mübarizəyə başlayan "Qarabağ" Makedoniyanın "Metallurq" (1:0, 1:0), "İnter" Finlandiyanın "Mariehamn" (1:1, 2:0), "Xəzər Lənkəran" isə Maltanın "Slima" komandasını (1:1, 1:0) mübarizədən kənarlaşdırmışdı. 2016/17-ci illər mövsümündə isə "Kəpəz" Moldovanın "Daçiya" (0:0, 1:0), "Qəbələ" Gürcüstanın "Samtredia" (5:1, 1:2), "Neftçi" isə Maltanın "Baltsan" (2:0, 1:2) komandalarından üstün olmuşdu. 2-ci təsnifat mərhələsində "poker" etmək ümidi ilə...

İlqar TAĞIYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:167
embedMənbə:https://525.az
archiveBu xəbər 17 İyul 2026 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see431

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see399

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see382

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see341

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see277

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see220

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see218

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see212

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see211

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see201

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see201

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see198

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see191

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see188

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see186

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see183

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see179

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see170

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see167

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri