Icma.az
close
up
RU
Financal Times: “Avropa liderləri Trampa yaltaqlıq etməyi seçdilər”

Financal Times: “Avropa liderləri Trampa yaltaqlıq etməyi seçdilər”

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Avropa liderləri ABŞ prezidenti Donald Trampın müdafiə xərclərinin artırılması və ticarət məsələlərindəki tələblərinə boyun əyərək öz “siyasi ruhlarını” təhlükə altına salıblar. 
Bizim.Media xəbər verir ki, bu barədə Financial Times qəzetinin şərhçisi Martin Sandbu yazıb.
Müəllifin fikrincə, Tramp hakimiyyətə gələndən sonra Avropa siyasətçiləri əvvəlcə onunla münasibətləri necə quracaqlarını bilmirdilər. İndi isə açıq görünür ki, onlar “kompromis və yaltaqlıq elementlərinə əsaslanan” strategiyanı seçiblər.
Sandbu qeyd edir ki, bu yanaşma iki əsas məqamdan ibarətdir: 
Birincisi, Avropa liderləri kompromisin alternativdən – Ukraynaya dəstəyin dayandırılması və ticarət müharibəsindən – daha yaxşı olduğuna inanırlar.
Digər tərəfdən, Avropa əslində Trampa verdiyi vədləri, yəni müdafiə xərclərinin ÜDM-in 5%-dək artırılması və ABŞ-a iri investisiyalar qoyulması tələbini yerinə yetirmək niyyətində deyil.
Sözügedən siyasətin tərəfdarları bu yanaşmanı praqmatik hesab etsələr də, şərhçi bunu Avropa siyasətinə zərər vuran oportunizm adlandırır.
Onun sözlərinə görə, Avropa ölkələri artıq beynəlxalq ticarət qaydalarının qorunmasında liderlik üçün lazım olan bütün siyasi kapitalı xərcləyiblər. Bu isə seçicilərin inamını sarsıda bilər.
 

Sandbu vurğulayır ki, Avropa siyasətçiləri “kollektiv maraqları praqmatik şəkildə qorumaq” adı ilə əslində qitədə “trampizasiya” prosesini sürətləndirirlər. O, liderlərə Ukrayna prezidenti Volodimir Zelenskinin nümunəsini xatırlatmağı tövsiyə edir: Zelenski bu ilin fevralında Ağ Evdə Tramp ilə kəskin polemikaya girsə də, siyasi mövqelərini itirməyib.


Xatırladaq ki, avqustun 18-də Ağ Evdə Donald Tramp Ukrayna və Avropa liderləri ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu Ukrayna müharibəsinin sülh yolu ilə həlli olub.
Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://bizim.media
archiveBu xəbər 25 Avqust 2025 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri