Icma.az
close
up
RU
“FINCA Azərbaycan” aqrar sektorun inkişafına dəstəyini uğurla davam etdirir

“FINCA Azərbaycan” aqrar sektorun inkişafına dəstəyini uğurla davam etdirir

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

Azərbaycan maliyyə bazarında fəaliyyətini uğurla davam etdirən “FINCA Azerbaijan” BOKT aqrar sahənin inkişafı ilə bağlı Şamaxı rayonunda keçirilən daha bir tədbirdə təmsil olunub.

Aqrar Kredit və İnkişaf Agentliyi, Aqrar İnnovasiya Mərkəzi və Şamaxı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Aqrar sahədə dövlətin dəstək mexanizmləri” mövzusunda keçirilən tədbir panel müzakirələrə davam edib.

Tədbirə aidiyyəti dövlət qurumlarının, bank və qeyri-bank kredit təşkilatlarının nümayəndələri, eləcə də üzümçülük sahəsində fəaliyyət göstərən fermerlər qatılıb. Müzakirələrin əsas məqsədi aqrar sektorda tətbiq edilən dövlət dəstək mexanizmlərinin izahı, onların fermerlər üçün praktik imkanlarının təqdim olunması və mövcud dəstək alətlərinin daha səmərəli istifadəsinə şərait yaratmaq olub.

Qeyd edək ki, panel müzakirədə “FINCA Azərbaycan” təşkilatı da təmsil olunub. Təşkilatın Şimal-Qərb regionu üzrə ərazi meneceri Orxan Abbasov panel müzakirədə çıxış edərək fermerlərə “FINCA Azərbaycan”ın kənd təsərrüfatı sahəsi ilə bağlı fermerlərə dəstəyindən, təşkilatın maliyyə xidmətləri və güzəştli kredit şərtləri ilə bağlı ətraflı məlumat verib. O, şirkətin əsas məqsədinin fermerlərin ehtiyaclarını yaxından öyrənmək, onların təsərrüfat fəaliyyətini dəstəkləmək və aqrar sahənin inkişafına töhfə vermək olduğunu xüsusi vurğulayıb.

Panel müzakirədən sonra Şamaxı Olimpiya Mərkəzində toxum sərgi-satış yarmarkası təşkil edilib. Yarmarkada iştirak edən “FINCA Azərbaycan” stendi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələri fermerlərə kənd təsərrüfatı fəaliyyəti üçün nəzərdə tutulmuş kredit məhsulları və maliyyə xidmətləri barədə ətraflı məlumat verib, onların suallarını cavablandırıblar.

“FINCA Azərbaycan” bu kimi tədbirləri fermerlərlə birbaşa ünsiyyət yaratmaq, onların ehtiyaclarını öyrənmək və aqrar sahənin davamlı inkişafına dəstək vermək üçün mühüm platforma kimi qiymətləndirir. Xüsusilə, bölgələrdə fermerlər üçün maliyyə əlçatanlığının təmin edilməsi şirkət üçün prioritetdir və bu istiqamətdə tədbirlərdə iştirakını davam etdirməyi hədəfləyir.

Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərən “FINCA Azerbaijan” hazırda ölkənin aparıcı maliyyə təşkilatlarından biridir. Təşkilat kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlara və ev təsərrüfatlarının dəstəklənməsinə xüsusi diqqət göstərir. Hazırda “FINCA Azərbaycan” dövlət tənzimləyici orqanları və Azərbaycan Mikromaliyyə Assosiasiyası da daxil olmaqla bir çox maraqlı tərəflərlə güclü və məhsuldar əməkdaşlıq münasibətlərinə malikdir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://apa.az
archiveBu xəbər 24 Sentyabr 2025 10:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri