Finlandiya prezidenti liberal dünya nizamının sona çatdığını elan etdi
Icma.az, Dogru.az portalına istinadən məlumat verir.
Dünya siyasətində yeni güc bölgüsü yaranır.
Doğru.az xəbər verir ki, Finlandiya prezidenti Aleksander Stubb Qərbin rəhbərlik etdiyi liberal dünya nizamının “ölmək üzrə olduğunu” bəyan edib. O, bu fikirləri “Foreign Affairs” nəşrinə yazdığı məqalədə səsləndirib.
Stubb qeyd edib ki, İkinci Dünya Müharibəsindən sonra formalaşan qaydalara əsaslanan liberal sistem artıq mövcudluğunu itirir və onu inkişaf etməkdə olan ölkələrin daha böyük rol oynadığı çoxqütblü rəqabət sistemi əvəzləyir.
Onun sözlərinə görə, dünya hazırda Qlobal Qərb, Şərq və Cənub arasında üçbucaqlı qarşıdurma dövrünə qədəm qoyur. Braziliya, Hindistan, Meksika və Türkiyə kimi yüksələn regional güclər isə beynəlxalq siyasətdə əsas oyunçulara çevrilir.
Finlandiya prezidentinin fikrincə, bir vaxtlar ölkələri birləşdirən texnologiya, ticarət və enerji indi parçalanmanın yeni mənbəyinə çevrilib. O əlavə edib ki, böyük dövlətlərin rəqabəti geri qayıdır və bu, beynəlxalq münasibətlərin yeni arxitekturasını formalaşdırır.
Qeyd edək ki, bundan əvvəl Finlandiyanın baş naziri Petteri Orpo Ukraynaya təhlükəsizlik zəmanəti verməyə hazır olmadığını bildirmişdi.
DOĞRU.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:35
Bu xəbər 03 Dekabr 2025 12:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















