Finlandiya silah sursat almaq üçün 1 milyard avro borc götürəcək
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
Finlandiya müdafiə ehtiyacları üçün 1 milyard avro borc almaq məqsədilə Avropa İttifaqının (Aİ) xüsusi proqramı olan SAFE-dən istifadə etmək qərarına gəlib.
Reyting.az xəbər verir ki, bu barədə “Yle” nəşri Finlandiyanın baş naziri Petteri Orpoya istinadla məlumat yayıb.
Çərşənbə axşamı hökumətin İqtisadi Siyasət Komitəsi Aİ-nin SAFE proqramı vasitəsilə ölkənin müdafiə ehtiyacları üçün 1 milyard avro borc götürmək barədə qərar qəbul edib.
Baş nazir bildirib ki, ayrılacaq vəsait müdafiə alışlarında və tərəfdaşlarla, xüsusən də Ukrayna ilə əməkdaşlıq çərçivəsində pilotsuz texnologiyalar sahəsində imkanların inkişafında istifadə olunacaq.
“Bu qərar Finlandiya müdafiə sənayesinin, eləcə də Avropa müdafiə əməkdaşlığının və birgə satınalmaların inkişafı üçün şəraiti yaxşılaşdıracaq”,- Orpo vurğulayıb.
Finlandiya həmçinin Rusiya ilə şərq sərhədi boyunca və Finlandiya körfəzində monitorinqi təkmilləşdirmək üçün Aİ alətləri vasitəsilə əlavə 16 milyon avro maliyyə dəstəyi üçün müraciət edib.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Finlandiya Ukraynaya silah üçün 100 milyon avro ayıracaq
23 Oktyabr 2025 15:17
Finlandiya vətəndaşlığı almaq üçün şərtlər ağırlaşdırılır
28 Noyabr 2024 07:18
Finlandiya Ukrayna üçün ABŞ dan silah almayacaq
05 Avqust 2025 22:53
Finlandiya sərhəd təhlükəsizliyini gücləndirmək üçün Aİ dən 1,6 milyard avro alacaq
15 Sentyabr 2025 23:34
Finlandiya Aİ dən 1,6 milyard avro alacaq
16 Sentyabr 2025 02:04
Baxış sayı:54
Bu xəbər 18 Noyabr 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















