Icma.az
close
up
RU
Fintex sektorunda yeni mərhələ: Edqar Abdullayev Assosiasiya sədri seçildi

Fintex sektorunda yeni mərhələ: Edqar Abdullayev Assosiasiya sədri seçildi

Icma.az bildirir, Azertag portalına istinadən.

Oktyabrın 28-də Azərbaycan Fintex Assosiasiyasının (AzFina) Ümumi Yığıncağında Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən şəffaf və anonim seçki prosesi nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul təşkilatı olan “United Payment” MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin Sədri seçilib.

Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çox peşəkar və strateji liderlik təcrübəsinə malikdir. O, 10 il telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm rol oynayıb. Hazırda rəhbərlik etdiyi “United Payment” MMC 2021-ci ildən təsis edilib və ölkədə açıq bankçılıq, elektron pul, ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər, həmçinin lisenziyalı fintex xidmətlərinin inkişafında öncül rol oynayır.

AzFina yeni rəhbərlik dövründə aşağıdakı strateji hədəflərə fokuslanmağı planlaşdırır:

• Fintex şirkətləri ilə requlyatorlar (Mərkəzi Bank və digər nəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıq mühiti qurmaq;

• Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qlobal layihələrdə yerli fintexlərin iştirakını təmin etmək;

• Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödəniş xidmətlərinin koordinasiyalı inkişafına təkan vermək;

• Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli və innovativ fintex həllərini təşviq etmək;

• İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyator tələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstək vermək.

Bu təyinatla bağlı danışan Edqar Abdullayev bildirib: “Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib rol oynayan lisenziyalı fintex təşkilatlarının etimadını doğrultmaq istiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızı səfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm də beynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı və innovativ fintex ekosistemi qurmaq əsas prioritetimiz olacaq”.

Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (“United Payment Azerbaijan”) ilə yanaşı, sədrin müavini olaraq Eynar Abdullayev (“GoldenPay OJSC”) seçilib.

İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (“Epoint.az”), İqbal Rüstəmov (“PashaPay”) və Rasim Həmmədov (“Expresspay”) təyin edilib.

Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban Əlizadə (“PulPal” – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (“Max Systems LLC”) və Murad Mirzə (akart.az) olmuşdur.

Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası hazırda ölkədə Mərkəzi Bankla birgə açıq bankçılıq platformasının genişlənməsi, rəqəsmal ödəniş alətlərinin inkişafı ilə ödəniş xidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılması və elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektor platformasına çevrilməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Oktyabr 2025 10:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see380

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see251

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see245

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see244

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see242

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see241

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see239

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see236

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see235

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see234

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see228

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see220

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see217

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see217

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see216

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see216

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see215

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see215

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see215

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see211
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri