Icma.az
close
up
RU
Edqar Abdullayev Fintex Assosiasiyasının İdarə Heyətinin sədri təyin olunub

Edqar Abdullayev Fintex Assosiasiyasının İdarə Heyətinin sədri təyin olunub

Icma.az, Apa.az portalına istinadən məlumat verir.

28 oktyabr 2025-ci il tarixində Azərbaycan Fintex Assosiasiyasının (AzFina) Ümumi Yığıncağında, Mərkəzi Bankın nümayəndələrinin iştirakı ilə keçirilən şəffaf və anonim seçki prosesi nəticəsində Azərbaycanın ilk lisenziyalı elektron pul təşkilatı olan United Payment MMC-nin Baş İcraçı Direktoru Edqar Abdullayev Azərbaycan Fintex Assosiasiyasının (AzFina) İdarə Heyətinin Sədri seçilib.

Edqar Abdullayev maliyyə texnologiyaları sahəsində 18 ildən çox peşəkar və strateji liderlik təcrübəsinə malikdir. O, 10 il telekommunikasiya və innovasiya sahəsində, ardınca isə 8 ildən artıq müddətdə bank və fintex sektorunda strateji transformasiya layihələrinə rəhbərlik edərək, ölkənin rəqəmsal inkişafında mühüm rol oynamışdır. Hazırda rəhbərlik etdiyi United Payment MMC, 2021-ci ildən təsis edilmiş və ölkədə açıq bankçılıq, elektron pul, ödəniş aqreqasiyası, beynəlxalq rəqəmsal ödənişlər və lisenziyalı fintex xidmətlərinin inkişafında öncül rol oynayır.

Yeni rəhbərlik dövründə AzFina aşağıdakı strateji hədəflərə fokuslanmağı planlaşdırır:

Fintex şirkətləri ilə requlyatorlar (Mərkəzi Bank və digər nəzarət orqanları) arasında daha şəffaf və səmərəli əməkdaşlıq mühiti qurmaq; Assosiasiyanın beynəlxalq nüfuzunu artırmaq və qlobal layihələrdə yerli fintex-lərin iştirakını təmin etmək; Üzv bazasını genişləndirərək ölkədə rəqəmsal ödəniş xidmətlərinin koordinasiyalı inkişafına təkan vermək; Kiçik və orta sahibkarlıq (KOB) subyektləri üçün sərfəli və innovativ fintex həllərini təşviq etmək; İstehlakçılar üçün təhlükəsiz, innovativ və regulyator tələblərə uyğun məhsul və xidmətlərin təqdim olunmasına dəstək vermək.

Bu təyinatla bağlı danışan Edqar Abdullayev bildirib:

“Ölkəmizin maliyyə ekosistemində kifayət qədər vacib rol oynayan lisenziyalı Fintex təşkilatlarının etimadını doğrultmaq istiqamətində var gücümüzlə çalışacaq və bütün resurslarımızı səfərbər edəcəyik. Qarşıdakı dövrdə həm yerli bazarda, həm də beynəlxalq platformalarda daha çevik, şəffaf, dayanıqlı və innovativ fintex ekosistemi qurmaq əsas prioritetimiz olacaq.”

Assosiasiyanın üzv təşkilatlarının iştirakı ilə keçirilən səsvermə nəticəsində İdarə Heyətinin sədri Edqar Abdullayev (UNITED PAYMENT AZERBAIJAN) ilə yanaşı, sədrin müavini olaraq Eynar Abdullayev (GoldenPay OJSC) seçilmişdir.

İdarə Heyətinin üzvlüyünə Zeynal Kərimzadə (Epoint.az), İqbal Rüstəmov (PashaPay) və Rasim Həmmədov (Expresspay) təyin ediliblər.

Həmçinin Nəzarət-təftiş komissiyasının üzvləri isə Mehriban Əlizadə (PulPal – onlayn ödəniş sistemi), Valeriya Qəniyeva (Max Systems LLC) və Murad Mirzə (akart.az) olublar.

Qeyd edək ki, Azərbaycan Fintex Assosiasiyası hazırda ölkədə Mərkəzi Bankla birgə açıq bankçılıq platformasının genişlənməsi, rəqəsmal ödəniş alətlərinin inkişaf etdirilməsi ilə ödəniş xidmətlərinin rəqəmsallaşması, maliyyə inklyuzivliyinin artırılması və elektron pul tənzimləmələri çərçivəsində aparıcı sektor platformasına çevrilməkdədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:40
embedMənbə:https://apa.az
archiveBu xəbər 30 Oktyabr 2025 09:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see287

Fransada XVI əsrə aid qeyri adi dar ağacı tapıldı

14 Dekabr 2025 01:26see234

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see211

“Qarabağ bu gün Araz Naxçıvan ı sınağa çəkəcək

14 Dekabr 2025 08:37see200

Sumqayıtda 11 nömrəli məktəbdə məktəb pulu qalmaqalı Nazirlik hərəkətə keçdi

15 Dekabr 2025 04:21see184

“Onların da amnistiyaya düşməsini istərdim” Novella Cəfəroğlu

15 Dekabr 2025 17:00see180

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see163

Ermənistanda ARA QARIŞDI: Xocalı qatili SAVAŞ MESAJI verdi

14 Dekabr 2025 11:07see158

Elektron siqaretin cəmi üç gün istifadəsi ilə yaranan böyük təhlükə

15 Dekabr 2025 17:19see150

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see147

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see145

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see142

Orban: Rusiya aktivlərinin müsadirəsi müharibə elanına bərabərdir

14 Dekabr 2025 03:48see136

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see136

Xocalı qatili Paşinyana qarşı: Ermənistanda ARA QARIŞDI VİDEO

14 Dekabr 2025 22:51see136

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see135

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see135

Rusiya Qara dənizdə Türkiyəyə aid gəmini vurdu

14 Dekabr 2025 06:56see133

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see133

Ramzan xüsusi hərbi əməliyyat zonasına 80 SUV göndərdi...

14 Dekabr 2025 01:22see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri