Fırıldaqçı falçıya 7 il həbs
Yenisabah saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Bakı Ağır Cinayətlər Məhkəməsində falçılıq adı altında vətəndaşın külli miqdarda vəsaitini mənimsəyən Şərəf Əli-zadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Yeni Sabah” xəbər verir ki, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs 7 il müddətinə azadlıqdan məhrum edilib.
İstintaqla müəyyən edilib ki, Şərəf Əli-zadə zərərçəkənə sevdiyi qadınla ailə qurmasında köməklik göstərəcəyi, onun keçmiş nişanlısını uzaqlaşdıracağı və yüksəkməvacibli iş tapacağı vədi ilə yalan uydurub. Bu yolla o, müxtəlif vaxtlarda zərərçəkəndən ümumilikdə 302 min 894 manat mənimsəyib. pizza
Aldadıldığını anlayan vətəndaşın hüquq-mühafizə organlarına müraciətindən sonra saxlanılan dələduz barəsində toplanmış sübutlar əsasında məhkəmə zalından həbs qərarı çıxarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 15 Sentyabr 2026 17:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















