Icma.az
close
up
RU
Fırtınadan öncəki SÜKUT Gürcüstanda yenidən xaos BAŞLAYIR?

Fırtınadan öncəki SÜKUT Gürcüstanda yenidən xaos BAŞLAYIR?

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Gürcüstanda oktyabrın 4-də bələdiyyə seçkiləri keçiriləcək. Seçki ərəfəsində ölkədə yenə də gərginlik müşahidə edilir. Müxalifət son parlament seçkisində olduğu kimi, yenə də qarmaqarışıqlıq, hərc-mərclik yaratmağa çalışır. 
 

Bu fonda Tiflis meriyası tərəfindən oktyabrın 4-də yerli seçkilərlə yanaşı keçirilməsi planlaşdırılan etiraz aksiyası ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunub.


Meriya qanun pozuntuları aşkar edilərsə, “qanuni tədbirlər” barədə xəbərdarlıq edib. Gürcüstanın baş naziri İrakli Kobaxidze də qeyd edib ki, vətəndaşların dinc toplaşmaq hüququ var, lakin zorakılıq və ya qanun pozuntusu baş verərsə, sərt cavab tədbirləri görüləcək.
Hər halda görünən odur ki, gürcü müxalifəti yenidən ölkəni xaosa sürükləməkdə maraqlıdır.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, müxalifət növbəti dəfə ölkədə xaos, qarmaqarışıqlıq yaratmağa cəhd edəcək:
“Bildiyiniz kimi, Gürcüstanda son parlament seçkiləri ətrafında böyük qalmaqallar yaşandı. Qalmaqal isə xariclə əlaqəli olan təşkilatlar və şəxslərin öz fəaliyyətlərini ölkənin daxili qanunvericiliyi çərçivəsində aparmamaları, üstəlik xarici maraqlara qulluq etmələrilə ilə bağlı idi. Həmin dövrdə də müxalifət ölkəni xaosa sürükləməyə cəhd etdi. Amma onlar istəklərinə nail olmadılar və hakim “Gürcü arzusu” Partiyası prosesdən qalib çıxdı.
Amma bu o demək deyil ki, müxaliflər məğlubiyyətlə barışıb.
Gürcüstan müxalifəti bir sıra xarici institutlarla əlaqəlidir. Onlar xaricdən təlimat, maliyyə dəstəyi alır. Yeri gələndə hətta müxalifəti təlimatlandırırlar. Bir həqiqəti mütləq nəzərə alaq ki, Qərbin demokratik institutları heç zaman öz məğlubiyyətlərilə barışmır. Onlar mübarizəni sona qədər aparır. Gürcüstan cəmiyyətinin xüsusiyyətlərinə yaxşı bələd olan Qərb anlayır ki, ölkədə yeni döyüşə hazırlaşmaq lazımdır. Düşünürəm ki, Qərb və gürcü müxalifəti məhz bu strateji xətlə hərəkət edir”. 
Politoloq deyir ki, bələdiyyə seçkilərində müxalifət qalib gəlsə, fəaliyyətlərini genişləndirmək imkanı qazanacaqlar:
“Gürcüstanda bələdiyyə seçkilərinin də təsir imkanları var. Amma bu, ölkənin xarici siyasət vektoruna təsir göstərmək dərəcəsində deyil. Yerlərdə müxalifət üstünlük qazansa, mütləq        şəkildə fəaliyyətlərini genişləndirəcəklər. Bu da onlara sosial bazalarını genişləndirməyə imkan yaradacaq. Çünki bələdiyyələr adətən elektoratla işləyir. Ona görə də müxalifət seçkilər dövründə qalmaqal və xaos mühiti yaratmağa çalışacaq”.
“Gürcü arzusu” proseslərə kifayət qədər hazırlıqlıdır.
Ekspert qeyd edir ki, Gürcüstan hakimiyyəti hərc-mərcliyin olmasına imkan verməyəcək: “Hakim partiya da bunu anlayır və onlar da kifayət qədər hazırlıqlıdırlar. Ona görə əllərindən gələni edəcəklər ki, seçkilərdə qayda pozuntuları, hərc-mərclik olmasın. Qeyri-qanuni aksiyaların da qarşısı alınacaq. Seçkiləri də qanunvericiliyə uyğun şəkildə keçirməyə çalışacaqlar”.
Rüfət Sultan, Bizim.Media  

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 03 Oktyabr 2025 15:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see305

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see293

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see284

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see281

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see263

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see251

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see243

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see234

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see234

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see229

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see226

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see221

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see219

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see209

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see194

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see193

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see187

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see187

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see182

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri